Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Qondarma, separatçı rejimdən Azərbaycana 7 şərt – “Artsax Respublikasının ərazi bütövlüyü VƏ…”

Sentyabrın 15-də Xankəndində qondarma separatçı rejimin Təhlükəsizlik şurasının ilk iclası keçirilib və rejimin başçısı Araik Arutyunyan iclasda çıxış edib.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazet.az-a bildirib ki, hərbi, siyasi, iqtisadi və informasiya təhlükəsizliyini xüsusi vurğulayan Arutyunyan da faktiki Azərbaycana qarşı 7 şərt-prinsip ortaya qoyub.

Saytların yığılması Saytların yığılması
– Advertisement –

“Xatırlayırsınızsa, Tovuz döyüşlərindən ruhlanan Nikol Paşinyan da Azərbaycana qarşı döyüşlərdən sonra 7 şərt irəli sürmüşdü. Araik Arutyunyanın istəklərinin bəziləri.

1. “Artsax Respublikasının hakimiyyəti münaqişənin sülh yolu ilə və son həllinə yönəlmiş prosesin bütün mərhələlərində tamhüquqlu olaraq iştirak etməlidir”.

2. “Artsax Respublikasının suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi heç bir halda təhlükə altında qala bilməz və bazarlıq predmetinə çevrilə bilməz”.

3. “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi prioritet olaraq tanınmadan, münaqişənin həlli üçün hər hansı bir seçim, münaqişə tərəfləri arasında məzmunlu bir müzakirə predmetinə çevrilə bilməz”.

4. “Dəqiq zəmanətlər sayəsində, münaqişənin həlli prosesində güc tətbiq etmə və təhdid etmə cəhdlərini istisna etmək lazımdır. Əks təqdirdə, Artsax Respublikası təcavüzkar Azərbaycana qarşı bərabər nisbətdə olmayan əks zərbə vurmağa, eyni zamanda hərbi əməliyyatları onun ərazisinə köçürməyə hazırdır””

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir