Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Arayik Qarabağda “səfərbərlik” ELAN ETDİ – Ordu TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ

Qarabağdakı terrorçuların rəhbəri Arayik Arutyunyan bu gün “sərəncam” imzalayıb.

KAİM.az xəbər verir ki, həmin “sərəncam”a əsasən Qarabağda 2021-ci ilin yay hərbi çağırış elan edilib.

Saytların yığılması Saytların yığılması

Belə ki, Arayik iyunun 30-dan iyulun 15-nə kimi yaşı 18-i tamamlamış Qarabağda yaşayan ermənilər həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Qarabağın dağlıq ərazisinin Azərbaycanın tərkib hissəsi olduğu sənədlə təsdiqlənsə də, Xankəndidəki erməni terrorçuları bununla barışmaq istəmirlər. Hər vəchlə qondarma “dövlət”lərini qorumağa, imitasiyalar etməyə çalışırlar.

Lakin Arayik itinə “dur” deməyin vaxtı nəinki çatıb, hətta keçib. Azərbaycan hakimiyyəti dövlət içində özünə “dövlət” quranları cəzalandırmağa borcludur. Əks təqdirdə, bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını demək kimi anlaşıla bilər. / JAMAZ.İNFO

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir