Top.Mail.Ru
GÜNDƏM

TƏCİLİ! Qarabağa HÜCUM GÖZLƏNİLİR – Orduya TAPŞIRIQ VERİLDİ: Qabaqlamaq üçün…

Qarabağda vəziyyət yenidən qarışa bilər. Bunun üçün həm İran, həm Ermənistan, həm də Fransa böyük “fəallıq” nümayiş etdirir. Xüsusilə son proseslər yaxın zamanda bölgədə eskalasiya ehtimallarını hər ötən gün daha da artırır. 

Bu faktı iki gün əvvəl Azərbaycan mediasında ildırım sürəti ilə yayılan İran və Ermənistanın Azərbaycana hücum planı ilə bağlı məlumatı da təsdiqləyir. O məlumatda da yer aldı ki, Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır.

Saytların yığılması Saytların yığılması

Məlumatda o da qeyd edilidi ki, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilib və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin videobağlantı vasitəsilə hərbi birlik və birləşmə komandirlərinin iştirakıyla toplantının keçirilməsi və orada nazirin ehtimal olunan təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıq verməsi Azərbaycan tərəfinin deşifrə etdiyi İran və Ermənistan tərəfinin hücum niyyətlərindən əl çəkmədiklərini və bu istiqamətlərdə fəaliyyətlərini davam etdirdikləri anlamına gəlir.

Böyük ehtimalla Azərbaycan kəşfiyyat məlumatlarına istinad edərək özü üçün artıq dəqiqləşdirib ki, SEPAH-ın iştirakı ilə ermənilər Azərbaycanı pusquya salmaq niyyətindən nəinki əl çəkməyiblər, hətta bu istiqamətdə işlərini daha da intensivləşdirmiş ola bilərlər. Odur ki, Azərbaycan mümkün təhlükəni, onun ərazi bütövlüyünə, suverenliyinə qarşı baş verə biləcək istənilən təhdidi önləmək məqsədilə artıq gözünü dörd açaraq, bölgədəki istənilən yerdəyişməni ciddi şəkildə müşahidə edərək adekvat tədbirlər görməlidir.

Zərrə qədər də olsun şübhə edilmir ki, Tehranla İrəvanın Azərbaycana qurduğu məkirli plandan Qərbdə də məlumatlıdırlar. Hər kəsin xatirindədir ki, Praqa görüşündə Avropa İttifaqının mülki missiyasının göndərilməsi ilə qərar qəbul edilmişdi. Sonradan Ermənistan və Aİ arasında Azərbaycanın imtina etdiyi saziş üzərindən mülki missiyanın Qərbi Zəngəzurda monitorinqinin müddəti birtərəfli şəkildə (Azərbaycanın mövqeyi öyrənilmədən, icazəsinin olub-olmadığı soruşulmadan) uzadıldı.

Erməni və fransız mediasının yaydığı son məlumatlarda isə biz artıq görürük ki, 200 nəfərdən ibarət Aİ missiyasında Fransadan polis qüvvələrinin olacağı qeyd edilir. Bu detal bir daha deməyə əsas verir ki, Ermənistan sülh sazişi imzalamaq fikrindən tamamilə daşınıb. Onu bundan daşındıranların adları isə artıq hər kəsə bəllidir. Rəsmi İrəvan daha nəinki sülh barədə düşünür, əksinə olaraq bölgənin yenidən qaynar savaş ocağına dönməsi istiqamətində Fransadan verilən tapşırıqların icrası ilə məşğuldur.

Buradan isə belə qənaətə gəlmək olur ki, Makron və Paşinyan sözlərinə əməl etməyərək mülki deyil, güc strukturlarını Ermənistana gətirməklə sərhəddə SEPAH-ın iştirakı ilə planlaşdırdıqları plana uyğun olaraq baş verə biləcək hər hansı bir insident zamanı öz hərbi birləşmələrinin xidmətindən istifadə etməklə lokal hərbi toqquşmanı total savaşa çevirmək üçün müəyyən plan tərtib ediblər. Bu planın baş rollarından biri isə İranın adı ilə bağlıdır.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin İran Ermənistan münasibətlərinə həsr edilən tədbirdə Azərbaycanı hədələməsi bu rejimin Azərbaycana olan əsl kin-küdurətini növbəti dəfə isbat edir. Zohuri qeyd edib ki, İran ona “problem yaratmağa” çalışan kiçik ölkələri cəzalandıra bilər.

İranın Ermənistandakı səfiri eyni zamanda bildirib ki, Tehran Avropa İttifaqının müşahidəçi missiyasının adı altında Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Bu bəyanatın özü də bir daha təsdiq edir ki, İran, Ermənistan və Fransa tandemi birlikdə nə isə düşünüblər.

Yoxsa dünənə kimi sərhədlərinə regiona yad, kənar dövlətlərin hərbi birləşmələrinin gəlməsindən narahatlığını ifadə edən, Qərbin burnunun ucunda yerləşməsinə imkan verməyəcəyini bildirən molla rejimi birdən-birə niyə bu qədər fikir dəyişkliyinə getsin ki?!

Görünən odur ki, Tehran da artıq “İslam”, “din”, “şiə qardaşı” adı altında pərdələnməyin daha mümkün olmayacağını, Azərbaycanı bu zamana kimi aldadaraq dondan-dona girməyin artıq mümkünsüzlüyünü dərk edir. Bu səbəbdən də molla rejiminin nümayəndələri artıq Azərbaycanla bağlı, region, bölgə ilə bağlı hər hansı bir bəyanat səsləndirərkən ifadələri seçmirlər, fikirlərini riyakarlıqla pərdələmirlər, hər sözü açıq danışırlar. Çünki artıq hər kəsin kimin kim olduğunu bildiklərindən çox yaxşı xəbərdardırlar.

İran, Fransa və Ermənistan tərəfindən bölgədə yeni eskalasiya riskinə hesablanmış bu plan isə Cənubi Qafqazda olduqca təhlükəli dövrün başlanğıcını qoya bilər. Bu təhlükə isə daha çox məhz Ermənistanın adı ilə bağlı olacaq.

Çünki Fransanın silahlı birləşmələrinin İran molla-fars rejiminin xeyir-duası ilə Qərbi Zəngəzura gəlməsi Azərbaycana qarşı məkirli siyasət quranlar üçün iflas ilə nəticələcək. Bunu deməyə bir çox əsaslar elə indidən mövcuddur. İstər Ermənistan, istər İran, istərsə də Fransa unutmamalıdır ki, hazırda Laçın dəhlizində giriş-çıxış Azərbaycanın nəzarətindədir və bundan sonra həmin istiqamətdə azərbaycanlı ekofəalları, QHT və vətəndaş cəmiyyəti nümayəndələrini Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin əvəz edəcəyi də istisna edilə bilməz. //Milli.Az

Bənzər yazılar