Top.Mail.Ru
bannerSİYASƏT

Fars molla rejiminin Azərbaycan – İsrail münasibətlərinə təcavüzkar münasibəti – TƏFƏRRÜAT

Rəsmi Tehran qonşularının daxili işlərinə müdaxilə etməsə, mövcudluğunu itirəcəyini düşünür. Çünki, fars-molla rejimi dildə qonşu ölkələrlə dostluq və qardaşlıqdan danışsa da, əməldə pozuculuq və təxribatla məşğuldur. O cümlədən İslam respublikası olan İran Azərbaycan dövlətinin daxili işlərinə də zaman – zaman müdaxilə etməyə səy göstərir .

Həmçinin Azərbaycan – İsrail münasibətlərini əsas gətirərək təcavüzkar ermənistana hər cür yardımda bulunur. Bununla yanaşı sərsəm, məntiqsiz, eyni zamanda hiyləgər siyasət aparan Tehran hökuməti öz mənfur maraqları üçün Azərbaycanda cəsus kəşfiyyat şəbəkələri də qurur. Belə ki, özünü “islam partiyası” adlandıran təşkilatın rəhbər heyəti olmaqla yanaşı, siravi üzvləri də müxtəlif vaxtlarda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən dövlətə xəyanət maddəsi ilə həbs ediliblər.

Saytların yığılması Saytların yığılması

Hal hazırda da “islam partiyasının” sədri İlham Əliyev dövlətə xəyanət maddəsi ilə həbs olunub və istintaqı gedir. Qeyd etmək lazımdır ki, islam partiyasına bağlı mətbu orqanları və xəbər portalları həmçinin bir çox “müstəqil” təşkilat,qəzet və xəbər portalları Azərbaycanda İranının pozuculuq əməllərinə müsbət don geyindirməklə məşğuldurlar. Yuxarıda dediklərimizə misal olaraq, nəbz qəzetini, islamazeri, faktxeber, birlikaz xəbər portallarını göstərmək olar. İran İslam Respublikasının yürütdüyü bu ağılsız siyasət birmənalı şəkildə, nə islam dininə, nə də beynəlxalq hüquqa uyğun deyil. Özünü müsəlman ölkəsi adlandıran İranın digər müsəlman ölkəyə qarşı bu formada sərgilədiyi siyasətin adı nədir? Bu gün anti-Azərbaycan siyasətində bir üçlük var. Rusiya, İran və Ermənistandır.

Bu yaranmış şər üçbucağın bir məqsədi var. Azərbaycan dövlətini süquta uğratmaq. İran adlı fars molla rejimi bu iş üçün gecə – gündüz demədən çalışır və təsəvvür edilməz maliyyə xərcləyir. Çox təəssüflər olsun ki, pul, vəzifə hərisliyində olan bəzi manqurt vətəndaşlarımız bu işdə fəal əmək sərf edirlər. Özünü demokrat, vətən fədasi adlandıran şəxslər də şər üçbucağın nökərləri sırasındadır. Məsələn, nədən Əli Kərimli, Cəmil Həsənli və bunların mirzələri Natiq Ədilov və Qənimət Zahidov Taleh Bağırzadə adlı vətən xainini qəhrəman kimi xalqa sırımağa çalışır? Və yaxud yaxın günlərə kimi milli şurada fəaliyyət göstərən Rövşən Əhmədlini başda oturdurdular? Əslində İran islamın içində fars dini yaratmış ölkədir və İran dövlətinin islamla heç bir əlaqəsi yoxdur. İslam dini İrana, sadəcə ad olaraq lazımdır. Buna görə də, İranı islam ölkəsi kimi qəbul etmək lazım deyil .

Rəsmi Tehran müsəlmançılıqdan istifadə edən, onu təhrif edən bir ölkədir. Məqsədi türk zolağını parçalamaqdan, dağıtmaqdan ibarət olan İranın oyunbazlığını, təbii qarşılamaq lazımdır. Narkotika satışı və tranziti ilə məşğul olan İran hansı dindən, hansı müsəlmançılıqdan danışır?

“GÜN” Analitik informasiya şöbəsi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir