Top.Mail.Ru
bannerSİYASƏT

Humanitar atəşkəs dünənəcən kor və kar olan beynəlxalq təşkilatlar, güclər üçündür

Çox qürurverici bir məqamdayıq. İllərin acısını, utancını vətənpərvər övladlarımızın qanı, canı bahasına çıxartsaq da, vəziyyət həqiqətən də gərgindi. Müzəffər ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində əldə etdiyi qələbələrin fonunda Ali Baş Komandanımızın verdiyi müjdələr içində oxuduğum şərhlər, xəbərlər məni məyus edir.

Terrorçu erməni tulalarını üstümüzə “qısqır”anların – Rusiya və Fransanın “hümanitar” adı altında silah-sursat göndərməsi, açıq-aşkar havadarlığa hesablanmış verdiyi açıqlamalar həqiqətən də bizim kimlərlə üz-üzə durduğmuzu aydın şəkildə göstərir… Amma cənab prezidentimiz İlham Əliyev bu həssas məqamda əsl sərkərdəyə xas olan səbr və təmkin nümayiş etdirərək, həm daxilə, həm də havadarlara mesaj verir ki, – “Nəyi, nə vaxt, necə etməyi mən hamıdan yaxşı bilirəm” – deməsi qətiyyətmizi bir daha ortaya qoyur. Deməli bu “hümanitar atəşkəs” dünənəcən kor və kar olan beynəlxalq təşkilatlar, güclər üçündür

Saytların yığılması Saytların yığılması

Danışıq masasından durmamış rusiyanın ermənistana havadarlığ etməsini, ermənilərin atdığı silahların rusiya istehsalı olduğunu, həmçinin bu silahların onlara pulsuz verildiyini dilə gətirən cənab prezidentimiz “Türk tv”-yə verdiyi geniş müsahibədə çox məqamlara aydınlığ gətirir. Bir tərəfdən də qardaş Türkiyə rəhbərliyi tərəfindən ermənipərəst Lavrova, adı və ölkəmizə gəlişi bizə ziyan gətirən Şoyquya zəng edərək, məlumatlandırılması və tapşırıqları, bizim uğurlarmızın hələ qarşıda olacağından xəbər verir.

Azərbaycanın öz doğma torpaqlarında antiterror əməliyyatlarınin keçirməsində, terrorçu ermənistanın işğalçı siyasətinə son qoyulmasında qardaş Türkiyə və Pakistanın ölkəmizə mənəvi dəstək olması bölgədə vəziyyətin dəyişəcəyindən xəbər verməklə yanaşı haqq-ədalətin bərpa ediləcəyini göstərir.

Qələbə bizimlədir!

Elxas Comərd

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir