Top.Mail.Ru
SİYASƏT

Lavrovdan Bakı və Ankaranı ittiham edən erməni jurnalistə şillə kimi CAVAB

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında erməni jurnalist rusiyalı nazirə Azərbaycan və Türkiyə ilə bağlı təxribat xarakterli sual ünvanlayıb.

KAİM.az xəbər verir ki, erməni jurnalist Ankara və Bakıdan Qazaxıstandakı KTMT sülhməramlıları ilə bağlı qəzəbli açıqlamalar verildiyini iddia edib. Üstəlik o, Kəlbəcər istiqamətindəki erməni təxribatında günahı Azərbaycan tərəfinin üzərinə ataraq bu hadisəni iddia etdiyi açıqlamalarla əlaqələndirməyə çalışıb.

Saytların yığılması Saytların yığılması

Rusiya XİN rəhbərinin cavabı isə heç də erməni jurnalistin gözlədiyi kimi olmayıb. Rusiyalı nazir elə ilk cümləsindəcə erməni jurnalistin sualının əsassız olduğunu və heç bir fakta söykənmədiyini ifşa edib.

“Düzünü desəm, mən Ankara və Bakıda rəsmi şəxslər tərəfindən hər hansı bir qəzəbli reaksiya görməmişəm”, – deyə o bildirib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı nə Ankarada, nə də Bakıda rəsmi şəxslər tərəfindən heç bir mənfi şərh edilməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir