Top.Mail.Ru
SİYASƏT

Pakistan hərbi bazalarını ABŞ-a təhvil verməkdən İMTİNA ETDİ

Pakistan öz qoşunlarını Əfqanıstandan çıxaran ABŞ-a öz hərbi bazalarını verməkdən imtina edib.

KAİM.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi Geo News telekanalına müsahibəsində deyib.

Saytların yığılması Saytların yığılması

Bir müddət öncə ABŞ administrasiyası mayın 1-dən sentyabrın 11-dək Əfqanıstandan qoşunların çıxarılması prosesini başa çatdıracağını elan edib. 2020-ci ildə “Taliban” hərəkatı və Birləşmiş Ştatlar 18 ildən artıq davam edən müharibədən sonra Dohada ilk sülh müqaviləsi imzalayıb. Sazişin şərtlərinə əsasən, xarici ölkə qoşunları 14 ay ərzində ölkəni tərk etməli və əsir mübadiləsindən sonra Əfqanıstandakı tərəflər arasında dialoq başlamalıdır.

“Əfqanıstanda sülh prosesinin qoşunların geri çəkilməsi ilə paralel davam etməsini istəyirik. Dünya Pakistanı problemin bir hissəsi hesab etmir”, – deyə Şah Mehmud Qureşi vurğulayıb.

Xarici işlər nazirinin sözlərinə görə, Pakistan hökuməti ABŞ-a hərbi baza təqdim etmək niyyətində olmadığını ölkədəki bütün siyasi partiyalara bildirib.

Qeyd edək ki, bu ərəfədə “New York Times” qəzeti ABŞ rəhbərliyinin amerikalı əsgərlərin Əfqanıstanı tərk etməsindən sonra kəşfiyyat məlumatları toplamaq üçün istifadə ediləcək hərbi baza barədə Pakistan hökuməti ilə danışıqlar apardığını yazıb.

ABŞ Müdafiə Nazirliyi isə öz növbəsində bu məlumatı təsdiqləməyib, lakin fərqli variantlar axtarışının davam etdiyini deyib. / AZƏRTAC

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir