Top.Mail.Ru
SİYASƏT

Prezident 4 rayona başçı təyin etdi

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“KAİM.Az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Saytların yığılması Saytların yığılması

Sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı ləğv edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bundan əlavə, digər sərəncamla Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Həmçinin sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 mart tarixli 3806 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 411 (Cild I) ləğv edilib.

Bənzər yazılar