Top.Mail.Ru
SİYASƏT

Prezident İlham Əliyevdən Putinin Qarabağla bağlı fikirlərinə MÜNASİBƏT

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bugünkü iclasında Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağla bağlı açıqlamasından da bəhs edib.

KAİM.az xəbər verir ki, “Ötən gün Vladimir Putin KİV-ə müsahibəsində Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu açıqlayıb. Bu, ilk belə açıqlama deyil. Fikrimcə, bu, çox mühüm açıqlamadır. Bu, həm də Ermənistandakı 10 noyabr bəyanatını dəyişmək istəyən revanşist qüvvələr üçün də mühüm açıqlamadır”.- deyə prezident bildirib.

Xatırladaq ki, dünən Putin illik mətbuat konfransı zamanı Dağlıq Qarabağın hüquqi baxımdan Azərbaycanın bir hissəsi olduğunu deyib.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir