Top.Mail.Ru
bannerSİYASƏT

Rusiyanın Qafqaz siyasəti – “…parçala, hökm et…”

 Rusiyanın Qafqaza dair siyasəti hər zaman öz işğalçılığı ilə seçilmişdir. Şimal qonşumuz tarix boyu bu bölgədə “parçala və hökm et” siyasəti yürütmüşdür.

Belə ki, Rusiya etnik sərhədlərin toqquşduğu ərazilərdə separatçı qüvvələrə dəstək verməklə bölgədə hegemonluq edir və nəticə etibarilə bu konfliktlərin həll olunmasında vasitəçi kimi rol oynayır. Yəni Rusiya etnik qruplar və dövlətlər arasındakı konfliktlərin yaradıcısı rolunda çıxış edir, nəinki vasitəçi. Buna misal olaraq müasir dövrdə Ermənistan,Azərbaycan,Dağlıq Qarabağ və Abxaziya,Osetiya münaqişələrini göstərmək olar. Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olsa da, Ermənistana hərbi və iqtisadi yardım göstərir. Bu da onu göstərir ki, “Şimal ayısı” bu münaqişədə erməniləri dəstəkləyir.

Saytların yığılması Saytların yığılması

Gürcüstanda isə Abxaziya və Osetiya konfliktləri Gürcüstanın NATO-ya üzv olması ilə əlaqəlidir. Rusiya Abxaziya və Osetiyaya hərbi və iqtisadi cəhətdən dəstək verməklə Gürcüstanda öz mövqeyini möhkəmləndirir. Bölgədə hegemon aktor olmağa çalışır. Rusiya Cənubi Osetiya və Abxaziyadakı sülhməramlıları müdafiə etsə də, onun təcavüzkar davranışlarının bəzi məqsədləri var. O, təkcə ərazi məsələlərinə deyil, eyni zamanda region dövlətləri ilə Qərb arasındakı enerji layihələrinə də münasibətdə öz aqressiyasını göstərir. Səbəb odur ki, Rusiya heç vaxt öz hegemonluğunu enerji bazarında digər təchizatçı ölkə ilə paylaşmaq istəməyib, buna görə də Avropa dövlətləri üzərində təsirini saxlamaq üçün öz enerji siyasətindən bir alət kimi istifadə edib.1994-cü il 20 sentyabr “Əsrin müqaviləsi” bağlanması ərəfəsində də, Rusiya yenə öz aqressiyasını nümayiş etdirdi.

Yalnız Heydər Əliyevin danışıqlarından sonra Lukoil şirkəti bu kompaniyadan 10 % pay ala bildi. Bütün bunlar göstərir ki, Rusiya hələ də bu region üzərində öz gücünü itirmək istəmir və bu gücü hətta enerji layihələrində belə artırmağa çalışır. Ancaq maraqlı məqam budur ki, Rusiya ekspertləri Qərbin fikirləşdiyi kimi ölkələrinin regiondakı davranışını təcavüzkar hesab etmirlər. Rusiya Dövlət Universitetinin professoru Sergey Markedenov hesab edir ki, əgər region özü sadəcə kölgədə addımlayırsa, bu o demək deyil ki, o “əbədi sülhə” nail olub, yaxud da bütün etnomünaqişələr həll olunubdur. Bu gün Tbilisi elə əvvəl olduğu kimi Abxaziyanın gələcəyini fərqli görür, Yerevan və Bakı isə Qarabağ münaqişəsinin həllində kompromis yol tapa bilməyiblər. Regionun digər aktorlari isə Türkiyə-Suriya böhranını həll etməklə məşğuldur və Azərbaycanla strateji tərəfdaşlığından imtina etmək və Ermənistanla danışıqlara başlamaq niyyətində deyil. İran isə Qərblə yenidən münasibətləri bərpa etmək və Avropa bazarlarına giriş əldə etməklə məşğuldur, üstəlik yenilənmiş Madrid prinsiplərini hələ də, qeyri-məqbul hesab edir. Qısacası, hər bir aktor öz problemlərinin hayındadır və bu problemlər onları Cənubi Qafqazdakı işlərdən uzaqlaşdırır. Buna görə də Rusiyanın istənilən davranışı onu regionda aparıcı dövlət kimi göstərməyə vadar edir.

Qafqaz Araşdırmalar mərkəzinin rəhbəri Vladimir Degoey hesab edir ki, Rusiyanın öz qonşuluğunu yenidən təşkil etmək hüququ vardır. Aİ ya bunu qəbul etməli, ya da potensial münaqişələrlə üzləşməlidir. Çünki Aİ Qafqazda kənar oyunçudur. O, öz məqsədləri ilə bağlı hər hansı bəyanatlar edə bilər, ancaq onun regionda mövcudluğu Sovet İttifaqının bir hissəsi olan Moskvanı ayıq-sayıq olmağa vadar edəcəkdir. NATO və ya Aİ-nın Rusiyanın cənub sərhədləri boyunca hər hansı hərbi infrastruktur yaratması Kremldən gələn reaksiyanı qabaqcadan görməyi proqnozlaşdıra bilər. Beləliklə, Rusiyanın təcavüzkar davranışı aşağıdakı səbəblərlə əlaqədardır; tarixən, Rusiya inanır ki, Cənubi Qafqaz onun ənənəvi imperiyasının bir hissəsidir; siyasi olaraq Rusiya münaqişələrin həllində hegemonik aktor olmaq niyyətindədir; iqtisadi olaraq Rusiya region dövlətləri ilə Qərbin infrastruktur layihəkərində əngəl yaratmağa çalışır. Ancaq Rusiya ekspertlərinin fikirlərini nəzərə alsaq, belə qeyd etmək olar ki, Rusiya təcavüzkar aktor kimi görünür, ona görə yox ki o, münaqişəyə meyillidir və yaxud hegemonik aktordur.

Ona görə ki, Rusiya cənub sərhədlərinin təhlükəsizliyindən və özünü müdafiə potensialından əmin olmaq istəyir. Bu mənada, hər bir dövlətin özünü müdafiə hüququnu nəzərə alsaq, Rusiyanın da bu hüququnu qorumağa çalışması başadüşüləndir.

İ.Rüstəmli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir