Top.Mail.Ru
bannerSİYASƏT

Seymur Həzini məhbəsdən başqanlığa aparan yol – FETÖçu Elnur Aslanov və Əli Məcidin ŞOK PLANI

 …Siyasi gündəmin bəzəyi hələ ki, Ramiz Mehdiyev və onun ətrafında cərəyan edən hadisələrdir. Necə deyərlər, hansı daşı qaldırırsan, altından boz kardinal çıxır. Şübhəsiz, ağsaqqalın rıçaqları o qədər genişdir ki, müxalifətli-iqtidarlı hamını çətiri altında “bəsləməyə” qadirdir…

Bu arada AXCP sədri Əli Kərimlinin həm “kürkünə birə düşür”, həm də “çiçəyi çırtlayır”. Adam müxalif düşərgənin Ramiz Mehdiyevi olmaq üçün dəridən-qabıqdan çıxır. Di gəl ki, ətrafında olan bəzi siyasi “qaqaşlar” bu yöndə ona əngəl olurlar. Biri elə Seymur Həzi… Həzi Kərimlinin yerinə keçmək üçün bütün varlığıyla çalışır. Xalid Qarayev bundan yana nə lazımdısa, edir. Baxmayaraq ki, hakimiyyətə qarşı ən radikal, kəskin çıxışlar YAPan Qarayevin indiyədək yolu məhbəsdən düşməyib. Kimsəyə zindan arzulamırıq, amma həya-abır hər bir mübariz insanda olsa, çox qabağa getmək olar və bu yerdə adamdan soruşarlar ki, hansı qüvvədir bu “mübarizləri” hifz edən, qoruyan? Seymur Həzini “cəbhədə” qoruyanlardan, ona dəstək olanlardan biri də qaranlıq keçmişi olan, böyük biznesin sirlərini çoxundan yaxşı bilən Hüseyn Naibovdur. Naibov cənabları “siyasi qaqaşlarına” güvən vermək, dayaq olmaq üçün bütün “əzablara” qatlaşır. Əcəba, görəsən Kərimlinin cəbhəçilərə imkan vermirlər” kimi yalançı vay-şüvənliyi hardan qaynaqlanır??? Sədrin müşaviri M.Məcidlinin də Seymurun yanında qərar tutmasını, ona yandaşları tərəfindən hər vasitə ilə sipər olmasını cəbhədə bilməyən yoxdu. Təsadüfi deyil ki, Məhəmmədin qardaşı, vaxtilə Fətulla Gülənin media xəttində olan “Zaman” qəzetinin fəxarətli külüngçüsü Əli Məcid Çərkəzoğlu da S.Həziyə dəstək üçün ömür-gün çürüdür. Zarafat deyil, adam bundan ötrü “Yeni Avaz” portalında qarışqa kimi işləyir…

Saytların yığılması Saytların yığılması

Girişdə Mehdiyevdən əbəs yerə bəhs etmədik. Vaxtilə onun ətəyindən bərk-bərk yapışan Elnur Aslanovun “FETÖ örgütündə” olmasını bilməyən yoxdu. Aslanov bir müddətdir ki,  Rabitə və yüksək Texnologiyalar nazirliyində də Mehdiyevin qayğısı sayəsində FETÖnun unudulmaması, gündəmdən rədd olmaması üçün gecəsini gündüzünə qatdı. Günlərin birində “gecələr” aydınlığa çıxanda, cəbhədaşların, kərimliçilərin, mehdiyevşünasların, eyni zamanda, siyasət meydanında birinci olmağa can atan seymurşünasların iç üzlərinin aydınlığa çıxacağına əminik. Bu aydınlıqda kimlərin əlinin kimlərin cibindən çıxdığını çox maraqla müşahidə edəcəyik…

Ə. Rüstəmli

Kainat.tv

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir