Top.Mail.Ru
EKO-MEDİA

Emin Hüseynov: “Dünya mediası Ermənistanın əsl simasını görməyə başlayıb”

“Azərbaycan öz ərazilərini işğaldan azad edir”.

“Report” xəbər verir ki, bunu I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov bildirib.

Saytların yığılması Saytların yığılması

O, döyüşlərin Azərbaycan ərazisində xarici hərbi qüvvələrə qarşı aparıldığını qeyd edib: “Biz mülki əhali ilə mübarizə aparmırıq. Biz öz torpaqlarımızda başqa millətlərdən olan hərbi qüvvələrlə mübarizə aparırıq. Bu qədər bəsit”.

I vitse-prezidentin köməkçisi həmçinin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın “Deutche Welle” nəşrinə müsahibəsindən bir hissəni paylaşaraq bildirib ki, artıq dünya mediası Ermənistanın əsl aqressor simasını görməyə başlayıb. Qeyd edək ki, həmin müsahibədə jurnalist Avropa Xarici Əlaqələr Şurasının rəyinə görə Rusiya anlaqsız və kompromisə getməyi bacarmayan Ermənistanı dəstəkləməkdən yorulduğunu qeyd edib, buna Nazirdən münasibət öyrənmək istəyir. Z. Mnatsakanyan isə həmin faktı inkar edərək Rusiya ilə yaxşı əlaqələrinin olmasını iddia edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir