Top.Mail.Ru
EKO-MEDİA

Ermənistan XİN Şuşa və Laçından reportaj hazırlamış rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan Xarici işlər Nazirliyi rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib və onun Ermənistana və Dağlıq Qarabağa girişinə qadağa qoyub.
Dominant.az xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında məlumat verib.
“Ermənistan Xarici İşlər Nazirliyi mənim akkreditasiyamı ləğv etdi, əvvəl verilmiş akkreditasiya kartını da geri aldı və jurnalist fəaliyyətimi qadağan etdi. Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq digər jurnalistlər kimi mənə də Qarabağa daxil olmağım üçün xüsusi verilsə də, iddialara görə, artıq akkreditasiya proseduru dəyişdirilib. Bu barədə mənə elektron məktub göndərilib”, – deyə rusiyalı jurnalist bildirib.
Jurnalistin sözlərinə görə, ona Qarabağdan hazırladığı yazıya görə qadağa qoyulub: “Səbəb mənə aydındır. bu, Şuşadan və Laçından hazırladığım dünənki yazımla bağlıdı. Reportajım Xarici İşlər Nazirliyinə görə, mənfi ictimai etiraza səbəb olub”.
İlya Azar hazırladığı reportajda bütün faktların həqiqət olduğunu vurğulayıb: “Yazıda saxta faktlar yoxdur, insanların fikirləri təhrif olunmayıb, məqalədə məmurların məlumatları verilib. Yazının ermənilərin vətənpərvərlik hisslərinə xələl gətirdiyini və azərbaycanlıların xoşuna gəldiyini başa düşürəm, amma yenə də deyəcəyəm ki, bu sadəcə reportajdır”.
Qeyd edək ki, İlya Azar Xankəndi və Şuşada yüzlərlə erməni hərbçisinin öldüyü barədə reportaj hazırlamışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir