Top.Mail.Ru
bannerSOSİAL

Təhsil nazirliyindən AÇIQLAMA-Yalnız bu halda şagirdlər MASKA TAXMAYA BİLƏR

“Şagirdlərin dərs zamanı maska taxması məcburi deyil. Bu, valideynlərin özünün seçimidir. Lakin müəllimlər üçün maska taxmaq məcburidir.”

KAİM.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin əməkdaşı Gülarə Xudiyeva deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, övladlarının maskadan istifadə etməsinə nəzarətin edilməsi valdeynlərin öhdəsinə buraxılır:

“Təbii ki, maskadan istifadə etmək tövsiyə edilir. Ondan istifadə etməyi indi özümüzə borc bilirik. Amma şagirdlərin maskadan istifadə etməsi valideynlərin öhdəsinə buraxılıb. Müəllimlərə isə tövsiyə edərdik ki, həm maskadan, həm də üz sipərindən istifadə etsinlər. Üz sipəri maskanın yerinə yetirdiyi funksiyaları yerinə yetirə bilmir”.

G.Xudiyeva bunu da əlavə edib ki, valideynlər övladlarını əyani təhsilə göndərməyə məcbur deyillər:

“Bunu valideynlərin seçiminə buraxmışıq. Lakin bu, bir şərtlə olur ki, onlar məktəblə qarşılıqlı şəkildə iltizam imzalayırlar”.

mənbə: Trend

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir