Top.Mail.Ru
GÜNDƏM

35 illik terror yuvası dağıldı: Xankəndiyə giriş-çıxış bağlandı – Vacib gəlişmə

Son antiterror tədbirləri və əldə edilən növbəti tarixi qələbə münasibəti ilə başda Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə şəfa diləyirəm. Tarixi anları yaşayırıq. Dövlətçilik tariximizin mühüm bir dönəmindən keçirik. Bu, uğurlu, tarixi dönəmdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Saytların yığılması Saytların yığılması

Deputat 23 saatlıq antiterror tədbirləri ilə peşəkar Ordumuzun parlaq bir səhifə açdığını söyləyib:

“Dünya hərb tarixində izi qalacaq əməliyyat icra edildi. Qısa zamanda böyük bir ərazidə qəti qələbə qazanıldı. Separatçılar, terrorçular ağ bayraq qaldırıb təslim oldu. Silah-sursatları təhvil verərək Azərbaycanın şərtlərini qəbul etməyə razı oldular. Bir müddət öncə Azərbaycanın yardımından imtina edən Qarabağın erməni sakinlərinin təmsilçiləri Yevlaxdakı ilk görüşdə ərzağa, yanacağa ehtiyaclarının olduqlarını dedilər”.

Millət vəkili Qarabağda bundan sonra ancaq dinc sakinlərin yaşayacağını bildirib:

“Erməni yalanları ifşa edildi. BMT-dəki cəhdləri də uğursuz oldu. Azərbaycan bütün müstəvilərdə yekun qələbə qazandı. Separatçılar təslim oldu. Tədricən oradan çıxıb gedəcəklər. 35 il Xankəndidə kök salmış olan separatizmin zəhərli yuvası dağıldı. Azərbaycan bütün ərazisi üzərində suverenliyini bərpa etdi”.

Elman Məmmədov bildirib ki, Dranbon, Çıldıran Xaçın çayı sahilində keçmiş Ağdərə rayonuna daxil idi:

“Mühüm strateji yüksəkliklər olan bu ərazilər həm də zəngin mineral yataqları ilə zəngindir. Xankəndi həmin yüksəkliklərə nisbətən çökəkdədir. Onun ətrafından olan yüksəkliklər Ordumuzun nəzarətindədir. Xankəndinin bütün giriş-çıxışlarında Azərbaycan Ordusu dayanıb. Xankəndiyə 500 metr məsafədə olan Kərkicahan, Ərminavan, Malıbəyli, Quşçular, Daşkənd, Muxtar kənd, Şuşa kənddə Silahlı Qüvvələrimiz yerləşib. Fakt odur ki, bu gün Qarabağda Ordumuzun nəzarətində olmayan ərazi yoxdur”.

Bənzər yazılar