Top.Mail.Ru
SİYASƏT

Cavad Zərifin “ZƏRİF XƏTTİ” və İranın Qafqaz siyasətinin KONTURLARI-TƏHLİL

Ən başından bəri rəsmi Tehranın 44 günlük ikinci Qarabağ müharibəsinə münasibəti birmənalı olmayıb. Əvvala, mən İran İslam Respublikasının islam təəssübkeşliyi çəkdiyinə qətiyyən inanmamışam. İran üçün öz xarici siyasətində “fars şiəliyi” adlı bir siyasi konyuktura var.

İran mənim üçün fars milliyyətçiliyini öz daxili və xarici siyasətində realizə edən tipik şərq ölkəsidir. Azərbaycanlıların həm də tarixi bəxtsizliyi İran adlı ölkə ilə qonşu olmasıdır. Gəlin etiraf edək ki, İranla qonşuluq bizim yaddaşımızda xəyanət, saxtakarlıq, ikiüzlülük kimi yadda qalıb. Cənub qonşumuz 1979-cu il Xomeyninin şiə klerikal inqilabının ekspansiyasını hər vəchlə ölkəmizdə davam etdirir. İranın teokratik dövlət sistemi son 30 ildə Azərbaycanın daxilinə nüfuz edib və etməkdədir. Çünki, Azərbaycanda iranizmə simpatiya bəsləyən  geniş auditoriya var. İran, azərbaycanlılar üçün yaramaz bir nümunədir.

Saytların yığılması Saytların yığılması

2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran münasibətlərinin gələcək perspektivləri

Mən Azərbaycan-İran münasibətlərinin gələcək perspektivlərini təhlil edərkən, əvvəlcə iqtisadi əlaqələrə diqqəti çəkmək istərdim. İran Qarabağın restavrasiya prosesində iştirak etmək istəyir. Bunu Bakıda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif də vurğuladı. Hərçənd, İran tərəfinin bu niyyətini prezident Həsən Ruhaninin adminstrasiya rəhbəri Mahmud Vaezi də dilə gətirmişdi. İlham Əliyev İran şirkətlərinin Qarabağda yenidənqurma layihələrində iştirakına yaşıl işıq yandırdı.

Azərbaycanlılar 44 günlük müharibədə İranın ikiüzlü siyasətinə bələd oldular. Əlbəttə, mən birmənalı olaraq, İrana qarşı düşmənçiliyin əleyhinəyəm. Və ya İrana qarşı gələcəkdə hər hansı hərbi-siyasi koalisiyada iştirak etməyə isti yanaşmıram. Lakin, İranla kənd təsərrüfatı, energetika və turizm sahələrinə əməkdaşlıq edərkən yüz ölçüb, bir biçməyin tərəfdarıyam.

Qeyd edim ki, İran Azərbaycanla yanaşı Şimal-Cənub nəqliyyat dəhlizinin tərəflərindən biridir. Bu kommunikasiya sisteminin hədəfi Rusiyadan İran və Şərqə, o cümlədən Şimali və Qərbi Avropaya yük çatdırılmasının müddətini minimuma endirməkdir. Azərbaycan və İran hər iki ölkənin dəmiryol xəttlərini birləşdirmək istəyir.

Diqqətlə nəzər yetirsək görərik ki, bu işdə İran daha maraqlıdır. Lakin, İran onu da dərk edir ki, Megri üzərində Naxçıvana, ordan da Türkiyəyə yükdaşımalar və dəmiryolunun salınması bu ölkənin cazibədarlığını xeyli azaldır. Gələcəkdə Türkiyə-Ermənistan arasında sərhədlərin açılması və ticarətin bərpa olunması da İranı narahat etməyə bilməz.

İranın bölgədəki kommunikasiya xəttlərinə qoşulması ABŞ-dan da asılıdır. Əgər Co Bayden İrana qarşı sanksiyaları qaldırarsa, bu, Azərbaycan-İran arasındakı iqtisadi münasibətlərə də müsbət təkan vermiş olar.

Azərbaycan və İran arasındakı həll olunmamış problemlər

Azərbaycan və İran arasında həll olunmamış problemlərdən biri də Xəzərin bölgüsü məsələsidir. Azərbaycan uzun illərdir Türkmənistanla davam edən “Kəpəz” yatağı ilə bağlı məsələni həll etdi. İranla Xəzərin bölgüsü ilə bağlı anlaşılmazlıqlar hələ də davam edir. Daha doğrusu, İran bu məsələdə nəticəyə gəlmək istəmir. Bu dövlət Azərbaycanın ABŞ və İsrail ilə münasibətlərini də həzm edə bilmir. Türkiyə prezidenti Ərdoğanın Bakıda Zəfər paradında Laçın şeirindən bir parça söyləməsini qəbul edə bilmirdi. İran dövləti gərək 44 günlük müharibədə Azərbaycan xalqının özlərinə qarşı adekvat münasibətindən də nəticə çıxarmağı bacaraydı. Bacarmadı!

Əvəzində, dünən İrəvanda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif deyir ki, Qarabağ münaqişəsi Rusiya ilə İranın ortaq narahatlıq nöqtəsidir. Fikir verin, Zərif Türkiyənin adını çəkmir. O, eyni zamanda deyir ki, Ermənistanın suverenliyi İranın qırmızı xəttidir. Yeri gəlmişkən, Qarabağda məhv edilən məscidlər, Gəncədə raketlə vurularaq öldürülən müsəlman azərbaycanlılar İranın “yaşıl” xətti deyildimi?!

Kamal ƏLİYEV

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir