Top.Mail.Ru
ƏYALƏT

Biləsuvarda pirotexniki vasitələr satan obyekt sahibi məsuliyyətə cəlb olunub

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçiriblər.

KAİM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Biləsuvar şəhəri ərazisindəki mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.

Saytların yığılması Saytların yığılması

Həmin mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bənzər yazılar