Top.Mail.Ru
EKO-MEDİA

Bakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi başlayıb (FOTO)

Bakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində beynəlxalq konfrans başlayıb.

Ekologiya.az xəbər verir ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr – 4 oktyabr tarixlərində Bakıda ilk dəfə keçirilir.

Saytların yığılması Saytların yığılması

Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları “enerji keçidi”, “şəhərlər və urbanizasiya mühiti”, “su təhlükəsizliyi”, “qida və kənd təsərrüfatı”, “kiçik və orta biznes müəssisələri” və “yaşıl bacarıqlar” olacaq.

Həftənin birinci yarısı (30 sentyabr – 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr ediləcək. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr diqqət mərkəzində olacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.

Qeyd edək ki, COP29 bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu qərar 2023-cü ilin dekabrında Dubayda keçirilmiş COP28-in plenar sessiyasında qəbul edilib. 2 həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və təxminən 70-80 min xarici qonağı qəbul edəcək.

Bənzər yazılar