Top.Mail.Ru
MANŞETSİYASƏT

Bakıda həbsdə olan Qarabağ separatçılarına ailələri ilə əlaqə üçün şərait yaradılıb

Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər.

Bununla bağlı KAİM.az BQXK-ya istinadən məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:

“Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”.

Bənzər yazılar