Top.Mail.Ru
KRİMİNAL

Azərbaycanda sabiq deputata HÖKM OXUNDU

Sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazov sədrliyi ilə keçirilən son prosesdə Nazim Bəydəmirli son söz zamanı bir daha ona elan edilmiş ittihama görə özünü təqsirli bilməyərək məhkəmədən ona bəraət verilməsini xahiş edib. Qısa müşavirədən sonra ona hökm oxunub. Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, daha öncəki prosesdə dövlət ittihamçısı sabiq deputatın 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaş Ədalət Bağırovun müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, Ədalət Bağırovun polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O,2023-cü il iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

 

 

Bənzər yazılar