Top.Mail.Ru
SİYASƏT

Təhlükəli işğalçıya qarşı bir amalda bütövləşən Azərbaycan

Ermənistan kriminal rejimi regionda həm sülhə, həm də birgəyaşayışa çox böyük təhlükədir. İşğalçı dövlətin təmas xəttindəki son genişmiqyaslı təxribatı bunu bir daha təsdiq etdi.

Dağlıq Qarabağda yaşayan separatçı ermənilərin xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə müstəqillik iddiası manipulyasiyadır. Helsinki yekun aktı xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə həllini ölkələrin bütövlüyünün pozulması əsasında təsbit etmir. İndiyədək heç bir beynəlxalq hüquq normalarına riayət etməyən Ermənistan rəhbərliyi bu dəfə də öz dezinformasiyalarının onların lazımi cavab almayacaqlarına yardım edəcəklərinə ümid edirdilər. Lakin onlar yanıldılar. Əlbəttə, erməni lobbisi, erməni diasporu, erməni təəssübkeşləri və ölkəmizi istəməyənlər var, ancaq Azərbaycanın haqqı, beynəlxalq hüquq normalarının işləməsini tələb edən, dünyada ədalət bərqərar olsun deyən səsi hər bir insanın , xalqın, etnosun yaşamaq haqqı var deyən təbliğat və multikulturalizmi yaşadan mənəvi ruhu,əməli vardır. Bu məqamda Ermənistanın son genişmiqyaslı diversiyalarına hansı beynəlxalq siyasi proses zəmin idi?

Saytların yığılması Saytların yığılması

Müasir dünyamızda beynəlxalq gərginlik səngimir. Müxtəlif regionlarda dini-milli münaqişələr hərbi toqquşmalar güclənir. Bu faciəli olayların mahiyyətində dini,milli,siyasi qarşıdurmalar durur. Bəşəri fəlakət həddinə çatmış həmin prosesin qarşısının alınmasında multikulturalizmi bərqərar etmək, yaşatmaq, bütün ölkələrin siyasi-mənəvi prioriteti olarsa dövlətlər səmərəli inteqrasiya, qarşılıqlı inkişaf yolu tapar. Azərbaycan bu yönümlü siyasət yürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində dünyadakı iqtisadi,siyasi,hərbi böhran barəsində demişdir: 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşdi . Bizim regionunumuzda isə iqtisadi böhranla yanaşı siyasi və hərbi böhran müşahidə olunur. Əfsuslar ki, mövcud olan məlum  münaqişələr 2015-ci ildə öz həllini tapmadı. Əksinə dünyada ,xüsusilə, bizim regionumuzda yeni təhlükə ocaqları yaranmışdır.

Əlbəttə ki, bu hadisələr regionumuzun ümumi inkişafına mənfi təsir göstərmişdir. Yaxın şərqdə- İraqda, Suriyada münaqişələr, toqquşmalar müharibələr davam edir. Türkiyə hazırda sürətlə inkişaf edir, ekspertlərin hesablamalarına görə 2030-cu ildə fövqəldövlət səviyyəsinə çata bilər,dünyada türk birliyinin yaranması da günün reallığıdır. Rusiya da sürətlə tərəqqi edən öz keçmiş qüdrətini bərpa edən ölkələr sırasındadır. Bu iki dövlətin qarşıdurması həm Türkiyənin həm də, Rusiyanın zəifləməsinə əsas kimi görünür. Bir çox beynəlxalq kütləvi informasiya vasitələri Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirən materiallarla çıxış edirlər. Bu sırada ermənipərəst və erməni KİV-ləri daha aktiv görünür. Rusiyada ermənimövqeli KİV-lər yenə də obyektiv deyillər. Tarixi faktlara,obyektiv prosesə kölgə salınır, dezinformasiya yayılır. Hətta materiallarda Azərbaycanın təklənəcəyi ifadələri də yer alır. Live News telekanalının çəkiliş qrupu qeyri-qanuni ölkəmizə gəlmiş, dezinformasiya xarakterli çəkiliş aparmışlar, buna görə də deportasiya olunmuşlar. Rusiya prezidentininmətbuat katibi D.Peskov bu olaydan xəbərləri olmadığını bildirərək, jurnalistlər qanunvericilik normalarına riayət etməlidilər demişdi.

Bəzi internet resursları Silahlı Qüvvələrimizin təmas xəttində erməni silahlı qüvvələrinin diversiyasına qarşı müvafiq tədbirlərini NATO-nun, Türkiyənin maraqları ilə bağlayır, hətta Rusiyanın Cənub Siyasətinə zərbə kimi təqdim edir,reallığı təhrif edirlər. Əslində isə münaqişənin bu günədək ədalətli həll olunmaması Qarabağa dair 4 BMT TŞ-nin qətnaməsinə daimi üzv kimi səs vermiş ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın beynəlxalq imicinə zərbədir. Digər tərəfdən Rusiya federativ bir dövlətdir, bu ədalətsizlik Rusiyanın daxilindəki xalqlarda Mərkəzə qarşı etimadsızlıq yaradan təməldir. Qeyd edək ki, Azərbaycan-Rusiya münasibətləri isə strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan xalqı bir daha birlik,vəhdət nümayiş etdirir. Təmas xəttindən bir nəfər də olsun çıxmamış,əksinə,işğalçılarladöyüşə girməyə hazır olduqlarını bəyan etmiş,hərbi çağırış və səfərbərlik xidmətləri cəbhəyə getmək istəyənlərlə doludur. Xarici ölkələrdən könüllülər də müraciət etmişlər. Lakin Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin yetəri qədər güclü olduğu,səfərbərliyə və könüllülərə ehtiyac olmadığını bəyan etmişdir.

Dövlət başçısı Ali Baş Komandan İlham Əliyev hərbi hospitallarda müalicə olunan yaralılara baş çəkmiş,onlarla qürur duyduğunu demişdir. Yaralılar yenidən cəbhəyə qayıtmaq,düşmənlə döyüşə qatılmaq istədiklərini bildirmişlər:”Zəfər bizimlədir biz bir qarış torpağımızı da güzəştə getməyəcəyik ərazilərimizi düşməndən ən qısa müddətdə azad edəcəyik”. Ali Baş Komandanımızın bu sözləri hər bir azərbaycanlının həyat amalı olub və olacaqdır.

İ.Rüstəmli

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir