Top.Mail.Ru
ARAŞDIRMA

“Böyük Ermənistan” arzusunu parçalayan “SİYASİ LİDERLƏR” və QARABAĞ XRONİKASI – ARAŞDIRMA

Məğlubiyyət Ermənistanı reallıqları danışmağa vadar edir...

Siyasi ekspert Elman Vəliyev

Ermənistan tərəfi “dənizdən dənizə böyük Ermənistan” iddiası ilə yaşayırdı. Bu böyük Ermənistan Azərbaycanın qərb torpaqlarını, Naxçıvanı və Türkiyənin bir neçə (xüsusilə dənizə çıxışı olan ərazilərini, əsasəndə Trabzon) ərazilərini əhatə etməliydi. Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan 44 günlük müharibədən sonra bəzi reallıqları danışdı.

Petrosyan Türkiyə və Azərbaycanla münasibətləri korlamağın əleyhlərinə işləyəcəyini bildirib. Petrosyan deyir ki, Azərbaycan tərəfi zamanı düzgün qiymətləndirdi. İqtisadiyyatını, ordusunu gücləndirdi. Petrosyan münaqişə dönəmində Azərbaycanla kompromisə getməyin tərəfdarı idi, amma təzyiqlər buna imkan vermədi. Əlbəttə ki, bu proseslərdə Ermənistanın havadarlarının (maraqlarını təmin etmək istəyən havadarlar) rolu böyükdür. Petrosyan Lissabon sammitindən, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun təkliflərindən də danışıb. “Mərhəlli həll” prosesindən danışan Petrosyan buna razı olduğunu bildirib. Deyir ki, buna razı olsayıdıq, indi bu vəziyyətdə olmazdıq. Bu həldə bufer zona yaradılır, sülhməramlılar yerləşdirilir, Laçın dəhlizi 22 km olmaqla Ermənistana verilirdi. Bununla razılaşa bilməzdik və razılaşmadıq da.

Saytların yığılması Saytların yığılması

Ötə yandan Petrosyan deyir ki, Lissabon sammitində qəbul olunan qərara təkcə biz etiraz etdik.

1996-cı ildə keçirilən bu sammitdəki qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü tanınsa da, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət qazanacaqdı. 50-dən çox dövlət bununla razılaşmışdı.

Onların razılaşmasında “Əsrin müqaviləsi”nin də təsiri böyükdür. 1994-cü ildə imzalanan bu müqavilə ilə Azərbaycanla münasibətlər yumşalmağa başladı. 8 dövlətin ( Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Yaponiya, Norveç, Səudiyyə Ərəbistanı ) imzaladığı bu müqavilə Azərbaycanın inkişafında kuliminasiya nöqtəsi oldu.

Fransanın burdan pay ala bilməməsi erməniyə havadar durmasına təkan verən səbəblərdən biridir.

***

Petrosyan “böyük Ermənistan” xəyallarından əl çəkməli olduqlarını bildirib.

Petrosyan Qarabağ münaqişəsində Türkiyənin rolundan da danışıb. Deyir ki, Türkiyə Ermənistanla münasibətləri mülayim bir sferada aparmağın tərəfdarı idi. Qarabağ müharibəsi başlayana kimi Türkiyə ilə Ermənistan sərhədləri açıq idi ( 1993-ə kimi ).

Türkiyə 1990-cı illərdə çətin bir vəziyyətdə idi. Daxili qarşıdurmalar, xarici təzyiqlər, iqtisadi problemlər qara bulud kimi başının üstünü almışdı. Ermənilərə havadar duran dövlətlər Türkiyəni Ermənistanla münasibətləri pozmamağa təhrik edirdilər. Burda əsas pay ABŞ-a məxsusdur. Türkiyənin bir NATO ölkəsi olduğunu, ABŞ-a bir xeyli borcu olduğunu nəzərə alsaq Türkiyənin yanlış bir siyasi addımla böyük təhlükə ilə üzləşəcəyini düşünə bilərik. Siyasi baxımdan Azərbaycana yardımı özü üçün böyük təhlükə idi.

Amma 44 günlük müharibədə Türkiyə öz yardımlarını əsirgəmədi. Bu müharibədə nə 90-cı illərdəki Türkiyə, nə də Azərbaycan var idi. Burada artıq supergüc olmaq yolunda addımlayan Türkiyə və inkişaf etməkdə olan Azərbaycan var idi.

***

Ermənistanın ikinci prezidenti olan Robert Koçaryan da məğlubiyyətdən sonra müsahibə verib. Koçaryan Rusiyapərəst adamdı və müsahibədə də çıxış yolunun Rusiya vasitəsilə olacağını deyir. Amma ermənilər anlayır ki, bu da çıxış yolu deyil. Rusiya Ermənistana vassal kimi baxır.

Koçaryanın dövründə münaqişənin həlli üçün “Madrid prinsipləri” irəli sürülmüşdü. Prinsipə əsasən Ermənistan qüvvələri mərhələli şəkildə çıxmalı, Dağlıq Qarabağ ətrafı Azərbaycana verilməli, Laçın dəhlizi ermənilərin Dağlıq Qarabağla əlaqəsini təmin etməli, sülhməramlılar yerləşdirilməli ( bu Rusiyanın 90-cı illərdəki təklifi idi və bunu reallaşdırmaq üçün bir çox siyasi manevrlər işlətdi və niyyətinə çatdı. Yəni sülhməramlı qismində başqasının yer almamasına çalışırdı ), əsas maddə isə Dağlıq Qarabağın statusu referendum əsasında müəyyən edilməli idi. Amma Azərbaycan tərəfi buna razı olmamışdı. Çünki, referendum keçirilsə, Ermənistan tərəfi qalib gələcək və statusu müəyyən edəcəkdilər. Azərbaycan tərəfi Azərbaycanın tərkibində muxtariyyət verilməsi ilə razılaşacağını bildirdi, amma buna da Koçaryan hakimiyyəti razı olmadı.

***

3-cü Prezident olan Serj Sarksiyan da eyni səpkini davam etdirdi. O da müsahibə verərək özünü təmizə çıxartmaq məqsədi ilə bildirir ki, guya, bunun dövründə belə çətin situasiya olmamışdı. Günahkar Nikol Paşinyandı. Qarabağ klanından olan Sarksiyan Ermənistanı məğlubiyyətə düçar edənlərdəndir. Sülh yolu ilə ərazilərin geri qaytarılmasını təklif edəndə qəbul etməmişdi. Sarksiyan şərt qoyaraq kompramisə gedə biləcəyini bildirmişdi. Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Ermənistanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ camaatının təhlükəsizliyini təmin edərsə münaqişənin həlli mümkündür. Lakin Azərbaycan tərəfi buna razı olmadığını bildirdi. Çünki, razı olsaydı Dağlıq Qarabağ əldən çıxa bilərdi.

Sarkisyanın dövründə “yenilənmiş Madrid prinsipləri” qəbul olunmuşdu. Əvvəlki prinsiplə bunun az fərqi var idi. Bu fərqləri qeyd etmək istəyirəm – əvvəlkində Ermənistan silahlı qüvvələrininin Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli çıxarılması lazım idisə, təzələnmişdə mərhələli anlayışı yox idi. Digər yandan köhnədə Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, təzələnmişdə “yekun status” ifadəsinin yerini “iradənin hüquqi yolla ifadə edilməsi” əvəzləmişdi. Yəni Dağlıq Qarabağın əhalisinin iradəsindən asılıdır. Onlar statusu müəyyən edərsə, bu da hüquq çərçivəsində düzgün bir forma olaraq yerinə yetirilməlidir.

***

Göründüyü kimi, Ermənistanı uçurumun kənarına gətirən 4 rəhbərin hamısının günahı var. Lakin bunların içərisində Ermənistan xalqı üçün ən alternativlisi Paşinyandır. Gördülər ki, ölkə çətin vəziyyətdə, məhvə doğru gedir, xalq günahkarı axtarır media qarşısına keçib özlərini təmizə çıxartmağa çalışırlar. Lakin buna baxmayaraq ölkənin xilası əvəzinə yenidən hakimiyyət uğrunda çəkişmələr gedir. Qalib gəlmək üçün günahı bir-birlərinin üzərinə atırlar. Petrosyanla Paşinyan çıxış yolunu kompromisə getmədə, şərtləri qəbul etməkdə, Türkiyə ilə münasibətləri yumşaltmaqda görür. Sadəcə Paşinyan onu ittiham edənlərin ucbatından seçkini uduzmaqdan qorxur. Cəbhədə təxribatlar törədərək, ölkə daxilində ixtişaşlar yaradaraq Paşinyanın legitimliyini aşağı salmağa səy göstərirlər.

Bu işdə Qarabağ klanının rolu böyükdür. Əgər yenidən qalib gəlsə (şansı var) Zəngəzur dəhlizinin açılmasını, hətta Türkiyə ilə sərhəd probleminin müzakirələrini dilə gətirəcək. Müharibədən sonrakı vəziyyət bizə mərhələli həldəki, Madrid prinsiplərindəki formatı xatırladır. Amma fərqli məqamlar var. İlk öncə qeyd edək ki, bu proseslərdə Rusiyadan və Türkiyədən başqa dövlətlər yer ala bilmədi. Sülhməramlılar 5 il müddətində qalacaq ( vaxtı çatanda sülhməramlıların missiyasının bitməsini təmin edə bilərik ), referendum və ya iradənin hüquqi yolu bəyanatda yer almayıb. Laçın dəhlizi 22 km deyil 5 km-dir. Dağlıq Qarabağda erməni dili deyil, Azərbaycan dili rəsmidir.

Ermənilər Azərbaycanın qayda-qanunları çərçivəsində bu ərazilərdə yaşaya bilər. Zaman yetişəndə isə Xankəndi, Xocalı, Xocavənd də öz sahibinin idarə sahəsinə daxil olacaq!

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir