Top.Mail.Ru
ARAŞDIRMAbanner

Qafqaz yeni savaş astanasında: Gürcüstanda erməni pasportları kimlərə verilir? – ARAŞDIRMA

Ermənistan və Gürcüstan arasındakı münasibətlər Cənubi Qafqaz siyasətində ən az öyrənilən mövzulardan biridir. İki ölkə arasındakı münasibətlərdə bölgənin sabitliyi və təhlükəsizliyi üçün kritik əhəmiyyətə sahib olmasına baxmayaraq, diqqətdən kənarda qalan bir çox ciddi və təhlükəli məsələlər var.

Hər iki ölkə rəhbərləri bir-biri ilə davamlı əlaqələr qurmağa çalışsada,  bununla birlikdə, bu  ölkələrin regional siyasi və iqtisadi perspektivlərini fərqləndirən və ikitərəfli münasibətlərə kölgə salan bəzi əsas problemlər qalmaqdadır.

Saytların yığılması Saytların yığılması

Son iki ildə hər iki ölkədə baş verən siyasi dəyişiklər  ikitərəfli əlaqələrdə bir ümüd yaratdı.  Ermənistanda Nikol Paşinyan Baş nazir seçildi və uzun müddət parlamentdəki siyasi tarazlığı pozdu. Salome Zurabishvili Gürcüstanda iqtidara gəldi. Siyasi gedişlərdən  əvvəl və sonra hər iki ölkənin liderləri bir-birlərinə dəstək nümayiş etdirsələr də, bu cəhdlərdə Nikol Paşinyanın ön plana çıxdığı görülürdü. Paşinyan “Ermənistan və Gürcüstan arasında çoxəsrlik dostluq münasibətlərinə” toxunaraq, Gürcüstanın yeni prezidenti Zurabişvilini təbrik etdi və  Paşinyan Gürcüstana səfəri zamanı “dostluq münasibətləri” barədə açıqlamalarında belə səmimi olmadığı açıq şəkildə görünürdü. Bu məsələlərin, bu günə qədər  gündəmə gətirilməməsinə baxmayaraq, tez-tez bəhs edilən “dostluq” münasibətlərində kəskin bir çatlaq olması bilinməkdədir.

Oda məlumdur ki, Gürcüstan Ermənistanı xarici dünya ilə birləşdirən iki vacib dəhlizdən biridir. Dağlıq Qarabağ işğalın davam etməsi səbəbiylə Ermənistan, Azərbaycan və  Türkiyə ilə diplomatik əlaqələr qura bilmədi. Bu səbəbdən Gürcüstan Ermənistanın dünyaya açılan qapısı olduğu üçün böyük əhəmiyyətə malik bir ölkə olmağa davam edir. Əslində bu giriş 2008 Gürcüstan-Rusiya müharibəsi zamanı kəsildi və Ermənistan tam təcrid altında qaldı.

Bu kontekstdə, Ermənistanın əhəmiyyətinə görə qonşusu Gürcüstan ilə balanslı və sabit münasibət qurmağa çalışıldığı güman edilir. Lakin iki ölkə arasında münasibətlərdə gərginlik yaradan iki əsas məsələ var: birincisi, Gürcüstanın Samtsxe-Cevaheti bölgəsində yaşayan erməni azlığının separatçı iddiaları və hərəkətləri, ikincisi, Gürcüstan və Ermənistandakı tarixi erməni və gürcü kilsələrinin vəziyyəti. Sonuncusu, Erməni Apostol Kilsəsi ilə Gürcüstan Pravoslav Kilsəsi arasında mübahisə mövzusu olaraq qalır. İlia və II Karekin sözügedən kilsələrin rəsmi qeydiyyatı və tanınması və Gürcüstandakı erməni azlığının statusu barədə danışıqlar apardılar. Lakin, bu məsələ də mahiyyət etibarilə, fundamental problemlərdən birincisi olan Gürcüstanın Samtshke-Cevaheti bölgəsindəki erməni azlığının vəziyyəti ilə sıx əlaqəli olduğu görülür. Gürcüstan bu bölgədəki erməni azlığı ilə Ermənistan arasındakı əlaqəni yaxından təqib etsə də, Ermənistanın yuxarıda göstərilən Gürcüstandan asılılığına baxmayaraq, Ermənistanın Cevaheti erməniləri ilə bağlı yürütdüyü siyasət bu günə qədər ifadə edilən dostluq prinsipi ilə uyğun gəlmir. 

Gürcüstanın erməni azlığının separatçı hərəkatları və bu azlığın Ermənistan və Rusiya ilə münasibətləri ilə bağlı narahatlığı 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən sonra mühüm zirvəyə çatdı. Cevaheti ermənilərinin böyük əksəriyyəti Rusiyada işləyir və ermənilərin Rusiyada çalışaraq qazandıqları bu gəlirlər bölgədəki azlıq üçün ən vacib gəlir mənbələrindən biri olaraq qalmağa davam edir. Gürcüstan vətəndaşı olan Cevaheti ermənilərinin bu səbəbdən Rusiyaya girməsinin qarşısı alındığı və ya sərt viza prosedurlarına məruz qaldığı üçün 2008-ci il müharibəsi yuxarıda göstərilən gəlir mənbəyini pozdu. Bu dəyişiklik Ermənistanın diaspora erməniləri ilə əlaqələrini gücləndirmək üçün 2006-cı ildə qəbul edilmiş yeni ikili vətəndaşlıq qanununun qəbul edilməsinə təsadüf etdi. O vaxtdan bəri, erməni liderlər daha çox diaspora ermənilərinin ikili vətəndaşlıq qazanmasına çağırdılar. Nəticədə 2006-cı ildən bəri on minlərlə diaspora ermənisi ikili vətəndaşlıq üçün müraciət etdi. Bu günə qədər Gürcüstan ikili vətəndaşlıq qəbul etməsə də, təxminən 20.000 Gürcüstan vətəndaşı olan Cevaheti ermənilərinin Ermənistan pasportu aldığı iddia edilir. Erməni pasportu alan bu Cevaheti ermənilərindən bəziləri Gürcüstan səlahiyyətliləri tərəfindən tutuldu və iki ölkə arasındakı münasibətlərdə yeni bir problem olaraq ortaya çıxan Gürcüstan vətəndaşlığını itirdilər. Gürcüstan hökumətinin ikili vətəndaşlıq qarşısındakı maneələri azaltmaq üçün bəzi cəhdləri olsa da, Cevaheti ermənilərinin vəziyyətində heç bir dəyişiklik yoxdur. Çünki, Ermənistan Gürcüstanda məskunlaşan ermənilərə pasport paylanmasını hələ də həyata keçirir. 

Əslində Gürcüstan üçün təhlükə heç vaxt bu qədər ciddi olmamyıb. Cevaheti Erməni təşkilatları (ən diqqət çəkənlərinə “Rus Cevaheti Diasporası” deyilir) uzun müddət daha çox öz-özünü idarə etmə hüquqlarına, Cevaheti erməni regional dil statusu verilməsinə, erməni kilsələrinin geri qaytarılmasına və ən başlıcası “Samstxe-Cevaheti bölgəsindəki silahsız bölgəyə” sahib idi. “Quruluşu ilə ikili vətəndaşlıq iddialarını açıq şəkildə dilə gətirməkdən çəkinmir.  Bu tələblərin çoxu, xüsusən də mədəniyyət, təhsil və dillə əlaqəli olan tələblər, Gürcüstan hökuməti tərəfindən qarşılanmağa çalışılmışdır. Lakin bu tələblər irəli sürülərkən, Cevaheti ermənilərinə erməni pasportlarının paylanması davam edir.

Bütün bu inkişaflar göstərir ki, Ermənistanın Cevaheti ermənilərinə qarşı siyasəti mehriban qonşuluq münasibətləri prinsipi ilə uzlaşmır. Əksinə, Ermənistan pasport paylayaraq və Gürcüstan qanunlarını pozaraq Gürcüstandakı separatçı erməni azlığını dəstəkləyir. Əslində Ermənistanın bu təşəbbüsü Gürcüstan ərazisi daxilində separatçı hərəkatın gücləndirilməsinə xidmət etməninin təzahürüdür.

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir