Top.Mail.Ru
ARAŞDIRMA

“Ştutqart”da Çin malını orijinal adı ilə, baha qiymətə satırlar – Müştərilərdən ŞİKAYƏT

Uzun illərdir ölkənin avto ehtiyat hissələrinin satışı sahəsində diqqətsizlik və pərakəndəlik hökm sürür. Bu vəziyyətdən yararlananlar bəzi işbazlar, itirən isə yararsız ehtiyat hissəsi alan vətəndaşlardır. Sözün həqiqi mənasında bu sahədə ciddi problemlər mövcuddur.

Bu vəziyyətdən istifadə edənlər də bir tərəfdən zərbə vurmaqla məşğuldur. Məsələn, “Ştutqart” Mağazalar Şəbəkəsi…Reklamları ilə qulaq deşən bu şirkətdə vəziyyət heç də ürəkaçan deyil.
“Ştutqart”da eyni ehtiyyat hissəsindən bir neçə firmanın məhsulu satışda var. Fərqli qiymətlərdə, daha doğrusu bir-birindən 30-50 faiz ucuz və ya baha alıcıya təqdim edilir. Əsas sual da elə bu zaman yaranır. Eyni işi həyata keçirən ehtiyat hissəsi nədən fərqli qiymətlərdə satılır.

Saytların yığılması Saytların yığılması

Bildirilir ki, firma fərqləri var. Biri guya orjinaldır, diğərləri “belə də” işləyə də bilər işləməyə də. Şirkət əməkdaşları açıq formada bildirir ki, orjinal olmayan ehtiyat hissəsi çox vaxt işləmir. Elə isə sual yaranır. – Nədən işləməyən ehtiyat hissələri alıcıya təklif edilir? Yaxud nədən bu məhsulu ölkəyə gətirirlər? Satıcılar deyir ki, orjinal məhsullar baha olduğundan alıcılara diğər firma malları təklif olunur. Əcəba, o ehtiyat hissəsi işləmirsə, nədən bu təklifi edirsiz? Bəs sonra nə baş verir? 50 manat verib aldığın ehtiyyat hissəsi işləmirsə, sonra nə olur? Qaytarılırmı?

“Ştutqart” Mağazalar Şəbəkəsində ehtiyat hissələrinə nə zəmanət verilir, nə də qaytarılır. Şirkət əməkdaşları bildirir ki, belə tapşırığı rəhbərlik qoyub. Alınan məhsullar geri qaytarılmır…

Kaim.az  bildirir ki. “Facebook” sosial şəbəkəsində ən aktiv qruplardan biri “Müştəriyəm Şikayətim var” qrupudur.

Bu qrupda “Ştutqart” Mağazalar Şəbəkəsi ilə bağlı paylaşım olub. Rəy bildirənlərin demək olar hamısı narazılıq edib.

Rəylərdən bir neçəsini diqqətə çatdırırıq:

Rüstəm Cəfərov:” Ştutqart mağazalar şəbəkəsi insanları aldatmaqla,keyfiyyətsiz malı tərifləyərək satmaqla məşğuldur.O gün yanımda tanıdığım bir anbardan malı götürüb mənə satmağa çalışdı.Kitay malını orjinal adı ilə özü də..Fikrimcə onlardan alış veriş edən şəxsin puluna və avtomobilə heyfi gəlmir..”

Rəhman Rəhimli:” Ştutqart-ın başın buraxın ,əvvəllər yaxşı idi indi zaydı, ordan sadəcə kiçik şeylər,hava filtri yağ filtri və.s kimi şeylər münasib ola bilər..”

Fərid Ağayev: “26 manatlıq pompanı ,46 ya satıllar..”

Bəhram Tağıyev: “Adama deyərlər, bilirsiz ki belə zay yerdi, o zaman niyə müştərisi olursuz axı? Bilirsiz ki, 5 manatlıq malı 25-ə verirlər, niyə göz görə-görə tələyə düşürsüz axı?”

Asif Nəsirli : “Doğma qardaşım orada işləsə belə yenə oradan heç nə almayacam. Müştəri məmnunluğunu və xidmət yox səviyyəsindədir. Həmçinin keyfiyyətsiz mallar(çıxış yolunu da müştərini blok etməklə görürlər)”

Həsən Nəsirov:” Almaniya bazarından xəbəri olan Ştutqartdan heç vaxt nəsə almaz..”

Qarşi tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir