Top.Mail.Ru
ARAŞDIRMA

Üçüncü dünya müharibəsi də OLACAQ: Putin NATO – Rusiya və nüvə savaşlarını niyə ANONS ETDİ

Kreml qlobal savaş təhlükəsi barədə ciddi kəşfiyyat məlumatları alıb, ona görə də, Rusiya onun mümkün nəticələri barədə Qərbə sərt xəbərdarlıq mesajı verir… Fransa və onun Qərbdəki avantürist dəstəkçiləri isə qlobal savaş təhlükəsinə müqavimət göstərən Almaniya kansleri Olaf Şoltsu prezident Putin “öskürərkən” gizlənməyə “bunker” axtarmaqda qınayırlar…

Rusiyada keçirilmiş prezident seçkilərinin yekun nəticələri bəzi Qərb siyasi dairələri üçün “gözlənilməz” olub. Halbuki, onlar “kimin qalib gələcəyini” elə əvvəlcədən də bilirdilər. Hər halda, prezident Vladimir Putunun seçkilərdə məğlub olub, hakimiyyəti təhvil verəcəyinə dünayda yalnız sadəlövhlər inana bilərdilər. Qərb siyasi dairələri isə qətiyyən sadəlövh deyillər. Və həm Rusiya daxilindəki situasiyanın təhlili, həm də kəşfiyyat məlumatları sayəsində Qərbdə Kreml sahibinin daha bir dönəm də hakimiyyətdə qalacağına əminiydilər.

Saytların yığılması Saytların yığılması

Ancaq Qərbdə bəziləri özlərini “möcüzəvi nəticələr”in ola biləcəyinə də inandırmağa çalışırdılar. Çünki onlar dünyanın, daha doğrusu, Qərbin əsas problemi kimi, məhz prezident Vladimir Putinin hakimiyyətdə olmasını qabartmağa çalışırlar. Hətta iddia edirlər ki, əgər, Rusiyada hakimiyyət dəyişərsə, dünya daha təhlükəsiz ola bilər. Və dünyada ədalətin, eləcə də, təhlükəsizliyin zərbə altında qalmasında, Qərbin ikilistandarlarının, riyakarlığının xüsusi rol oynadığı barədə isə israrla susurlar.

putin-bayden-kollaj.jpg (808 KB)

Ona görə də, kollektiv Qərb və Rusiya arasında hərbi-siyasi qarşıdurmanın hələ uzun müddət davam edə biləcəyi də artıq qətiyyən şübhə doğurmur. Ancaq indi əsas təhlükəli məqam olndan ibarətdir ki, Qərb-Rusiya qarşıdurmasında növbəti mərhələnin daha qlobal xarakter ala biləcəyi də qətiyyən istisna deyil. Hər halda, bu amansız qarşıdurmanın yalnız Ukrayna savaşı ilə məhdudlaşmayacağı elə indidən biruzə verilməkdədir. Və Fransa başda olmaqla, bəzi Qərb ölkələrində Ukrayna savaş poliqonuna NATO hərbi kontingentinin göndərilməsi ilə bağlı ideyaların müzakirə edilməsi belə bir təhlükənin tamamilə real olduğunu göstərir.

Maraqlıdır ki, Rusiya siyasi dairələri son vaxtlar belə ideyaların gündəmə gətirlməsinə Qərbin bu istiqamətdə xüsusi planlar qurması kimi yanaşırlar. Kreml təmsilçiləri hesab edirlər ki, Qərb siyasi dairələri analoji müzakirələri intensivləşdirməklə, əslində, NATO-nun yaxın gələcəkdə Ukrayna savaşına qatılma planına dəstək qazanmaq üçün təbliğat kampaniyası aparmağa çalışırlar. Və indiki təbliğatən əsas hədəfi məhz tezliklə baş verə biləcək hadisələrə Qərb ölkələrinin cəmiyyətlərini vaxtında hazırlamaqdır.

Göründüyü kimi, Kreml Qərbi Rusiya-NATO savaşına hazırlaşmaqda suçlayır. Hətta Rusiya siyasi dairələrində bu savaşın mütləq və tezliklə baş verə biləcəyinə müəyyən mənada, əminlik də mövcuddur. Hər halda, prezident Vladimir Putinin son açıqlaması da məhz bu təhlükəli mövzu üzərində inkeksləşib. Belə ki, Kreml sahibi NATO və Rusiya arasında birbaşa savaşın olma ehtimalının artıq kifayət yüksək olduğunu vurğulayıb. Onun fikrincə, Qərb belə bir savaşa artıq hazırlaşır və tezliklə bu, həqiqətən də baş verə bilər.

1645712070_502250_840463.jpg (31 KB)

Ancaq prezident Vladimir Putin bu məsələ ilə bağlı ABŞ və Qərbə sərt xəbərdarlıq mesajı göndərməyi də qətiyyən unutmayıb. Onun fikrincə, Rusiya və NATO arasında savaş başlayarsa, onu sonradan dayandırmaq və ya məhdudlaşdırmaq mümkün olmayacaq. Çünki bu savaş ətrafında cərəyan edən bütün hərbi-siyasi proseslər nəzrətdən çıxacaq. Nəticədə üçüncü dünya müharibəsinə keçid mərhələsi başlayacaq. Bu haldasa, dünya üçün nüvə müharibəsi qaçılmaz olacaq.

Belə anlaşılır ki, Rusiya siyasi dairələri daha qlobal savaş təhlükəsi barədə müəyyən kəşfiyyat məlumatları alıblar. Ona görə də, Kreml ən yüksək səviyyədə baş verəcək hadisələr barədə Qərbə sərt xəbərdarlıq etməyə çalışır. Rusiyanın geri çəkilməyəcəyini, ən radikal addımlarla reaksiya verəcəyinə eyham vurur. Hər halda, Kreml sahibinin NATO-Rusiya savaşının üçüncü dünya və nüvə müharibələrinə səbəb olacağını gündəmə gətirərərk, qabartması qətiyyən boşuna deyil. Və bu, hazırda dünyanı təhlükə qarşısında buraxa biləcək əsas problemlərdən biri sayılır.

Maraqlıdır ki, kollektiv Qərb daxilində də NATO-nun Ukrayna savaşına birbaşa bulaşdırılması cəhdlərinə münasibət qətiyyən birmənalı deyil. Belə ki, Fransa prezidenti Emmanuel Makronun bu avantürist ideyası hazırda əsasən, Almaniya və İtaliya tərəfindən kəskin müqavimətlə qarşılanmaqdadır. İtaliya bu ideyanın müəllifini – Fransa prezidentini məsuliyyətsizlikdə və dünyanı təhlükəyə atamaq cəhdində qınayır. Almaniya isə ümumiyyətlə, daha kəskin reaksiya verməklə, Fransa ilə münsibətlərinin korlanmasına səbəb olub. Və hazırda bu mövzu ucbatından Almaniya-Fransa qarşıdurması da yaşanır.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Nə qədər qəribə də olsa, Fransa və onun Qərbdəki avantürist dəstəkçiləri Almaniya kansleri Olaf Şoltsu qorxaqlıqda suçlayırlar. Onların fikrincə, Rusiyada prezident Vladimir Putin “öskürərkən” Almaniyada kansler Olaf Şolts gizlənməyə “bunker” axtarır. Kansler Olaf Şoltsu Ukraynaya NATO hərbi kontingentinin göndərilməsinə əngəl törətməsinə görə qınamaqla yanaşı, onu həm də rəsmi Kiyevə Almaniya istehsalı olan “Taurus” uzaqmıənzilli raket sistemləri verməkdən yayınmaqa suçlayırlar. Və Ukrayna ordusunun Rusiyanın daxilində strateji hədəfləri, eləcə də, Krım körpüsünü vura bilməməsinin əsas məsuliyyətini məhz kansler Olaf Şoltsa aid edirlər.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Berlin Almaniyaya yönəlik Fransa və onun dəstəkçilərinin artan təzyiqlərinə hələlik müqavumət göstərməyi bacarır. Almaniya liderini haqlı sayanlar onu “sülh kansleri” kimi təbliğ etməyə çalışırlar. Kremldə Almaniya liderindən Ukraynaya göstərilən hərbi yardımlara görə narazı olsalar da, hər halda, kansler Olaf Şoltsun müəyyən “qırmızı cizgilərə” sadiq qalmağa çalışmasını da nəzərə alırlar. Və bu baxımdan, Qərbin üçüncü dünya, ardınca isə nüvə savaşlarına səbəb ola biləcək davranışlarının bloklanmasında Almaniya kanslerinin pozitiv rolu da hər halda, etiraf edilir.

Elçin XALİDBƏYLİ

Bənzər yazılar