Top.Mail.Ru
ARAŞDIRMAbanner

Məramı sülh olmayan bədməramlıların PARAD OYUNU – Çarın Azərbaycana KRİTİK MESAJI / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Açıq deməliyik ki, 10 noyabr sazişinə görə, Dağlıq Qarabağda yerləşdirilən rus hərbi kontingenti qətiyyən sülhməramlı adlandırıla bilməz. Dünyanın istənilən münaqişə ocağında mövcud olan sülhməramlı kontingentlər BMT-nin mandatı daxilində fəaliyyət göstərirlər. İndi biz çar Putinin Yuxarı Qarabağdakı hərbi birləşmələrinə sülhməramlı deyə bilərikmi?

Azərbaycan hakimiyyətinin 20 noyabrda ölkəyə dəvət etdiyi rus əsgərlərinin adı “sülhməramlı” olsada, onlar daha çox bədməramlıdırlar.

Saytların yığılması Saytların yığılması

Adama deyərlər ki, sən niyə mənim torpağımda parad keçirirsən? Yaxşı, sən Xankəndidə parad keçirirsənsə, bunu rəsmi Bakı ilə razılaşdırmısanmı?

Əslində, bu sualın da cavabı qocaman bir YOX-dur.

Bir maraqlı məqam da odur ki, diktator Putinin sülhməramlıları razılaşmaya görə cəmi 5 il Azərbaycanda qala bilərlər. Biz istəmiriksə, rədd olub getməlidirlər.

***

Üçtərəfli razılaşmaya əsasən, Yuxarı Qarabağ ərazisindəki qeyri-qanuni erməni diversantları ərazini tərk etməli idi.

Əksinə, məhz elə rus sülhməramlılarının nəzarətində olan Laçın koridoru vasitəsiylə Ermənistan ərazisindən Xankəndiyə erməni əsgərləri daşınır. 10 noyabr sazişində boşluqların olmasını dəfələrlə yazmışdım. Lakin, diversantların çıxarılması razılaşdırılmışdı.

İndi çar Putinin Qarabağ “general qubernatoru” Rüstəm Muradov heç tükünü də tərpətmir. Təsəvvür edin ki, Muradovun sülhməramlıları mayın 9-da erməni diversantlarla Xankəndidə “parad” keçirir. Bu, Putinin Azərbaycana növbəti təzyiq dalğasıdır.

Əvvəllər də dediyim kimi, hətta Ağdamdakı birgə müşahidə məntəqəsini də ruslar həzm edə bilmir. Putin əsla türk əsgərlərini Qarabağda görmək istəmirdi. Yəqin, indi də Ərdoğanın Şuşaya səfərinə öz aləmində Xankəndidə parad adlı sirk keçirməklə cavab vermək istəyir. Azərbaycan hakimiyyətinin borcudur ki, Rusiyadan elə günü sabah Xankəndidə keçirəcəyi “parad” haqqında məlumat alsın. Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılmalıdır və ona paradın nə üçün, hansı məqsədlə keçiriləcəyi haqqında hesabat tələb edilməlidir.

Məsələ çox sadədir: Rusiya nə olursa olsun, Yuxarı Qarabağda hərbi baza yaratmaq istəyir. Və hərbi bazanın yaradılması üçün əlbəttə hüquqi baza olmalıdır. Hələ ki, Azərbaycan hakimiyyəti rusların bu istəyinə elə də pozitiv münasibət göstərmir.

Putin ekstra təzyiqlər etməklə, güzəştlər əldə etmək istəyir. Yenə də deyirəm, Qarabağdakı rus “sülhməramlılarının” beynəlxalq mandatı yoxdur.

***

Güman edirəm ki, BMT-də ruslara bu mandatı verməyəcək. Burada Putinin istədiyini ancaq Azərbaycan tərəfi verə bilər.

Ortaya çıxan situasiya budur ki, Putin paraddan sonra başqa provakasiyalara da əl atacaq. İndi hər şey Azərbaycan dövlətinin münasibətindən asılıdır. Əgər biz bu parad teatrına göz yumsaq, böyük ehtimalla başqa sürprizlər də özünü çox gözlətməyəcək.

Zənnimcə, Putin rejimi yaxın perspektivdə Azərbaycanı KTMT və Avrasiya İttifaqında görmək istəyir. Yəni, parad və gözlənilən başqa provakasiyalara bu prizmadan yanaşmalıyıq. Vaxt keçdikcə, Putin təzyiq metodlarını daha da kəskinləşdirəcək.

Bu baxımdan, Azərbaycan Türkiyə ilə məsləhətləşməli və konkret mövqe ortaya qoymalıdır. Əgər ruslar bundan sonra da provakasiyalara davam edərsə, sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması qəti şəkildə ortaya qoyulmalıdır.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir