Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ukrayna-Rusiya qarşıdurmasına DÜZGÜN YANAŞMA – Yeni maltipulyar DÜNYA DÜZƏNİ / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Beynəlxalq münasibətlər sistemində “The game of chicken” ( toyuq oyunu ) deyilən bir konsepsiya var. Bu konsepsiyanın əsas mahiyyəti budur ki, iki tərəf qarşılıqlı konfrantasiya içindədirlər və heç biri sözündən geri durmur, sona qədər mübarizə aparmaq istəyir. Çünki, bir tərəf qarşısındakına şərtlərini qəbul etdirmək istəyir. Əgər qarşı tərəf şərti qəbul edirsə, artıq o, “toyuq” olur.

Bu konsepsiyanı biraz da açım. Təsəvvür edin ki, dar bir yoldur və bir birinə tərəf sürətlə iki maşın gəlir. Bu maşınlar toqquşa bilər. Tam toqquşma əsnasında, sürücülərdən biri nisbətən cəsarətsiz olarsa, məhv olacaq və qarşı tərəf qazanacaq. Yox əgər son etapda hər iki tərəf “cəsarətli” olacaqsa, bu halda hər ikisi məhv olacaq.

Saytların yığılması Saytların yığılması

***

Fidel Kastro 1952-ci ildə ABŞ tərəfdarı Batistanı devirərək iqtidara gəlir. Kastro hökuməti SSR ilə yaxınlaşır və ruslar da Kuba adasına nüvə başlıqlarını yerləşdirirlər. Əlbəttə, ABŞ buna səssiz qala bilməzdi. 1962-ci ildə ABŞ və SSR az qala müharibə etsinlər. Lakin 1962-ci ilin oktyabrın 28-də ABŞ Kubaya qarşı blokadaya son qoydu və beləcə böhran aradan qaldırıldı.

Dünən Rusiya Qara dəniz və Azov dənizi arasındakı strateji Kerç boğazını bağladı. Bu, Putinin kifayət qədər müharibəni gözə almasının sübutudur. Kerç boğazının gəmilərin keçidinə bağlanması NATO-nuda narahat etməyə başlayıb. Vəziyyət həddən artıq gərgindir. Biz faktiki olaraq Rusiya və Qərb arasında “Toyuq oyunu” diplomatiyasını görürük. Yadınızdadırsa, ABŞ prezidenti Bayden rusiyalı həmkarı Putinə “qatil” demişdi. İndi həmin Bayden Putinlə görüşmək istəyir, rus xalqının vətənpərvərliyindən dəm vurur.

İş ondadır ki, Putin Baydenlə görüşməyə isti yanaşmır. Sankı iki supergüc öz aralarında flört edir. Hətta biraz da dərinə gedərək, deyə bilərik ki, Bayden və Putin Ukraynanı aralarında bölüşdürmək istəyirlər.

Məncə, müharibə olarsa, bu, Ukraynanın şərqinin (Xarkov daxil) birdəfəlik Rusiya tərəfindən işğalı ilə nəticələnə bilər. Ən pis variant isə, Rusiya bütövlükdə Ukraynayı işğal edib, Polşa və Rumıniya ilə sərhəd yarada bilər. Əlbəttə, bu, ən pis variant olardı.

Lakin, mən hadisələri izləyərək belə bir nəticəyə gəlirəm ki, Rusiya Ukraynanın şərqini ilhaq etdikdən sonra, bu ölkə NATO və Avropa İttifaqının üzvü olacaq.

Yəni, parçalanmış Ukraynanı NATO üzvü edəcəklər. Proseslərin gedişi onu göstərir ki, nəticə elə bu yöndə olacaq.

***

Ukrayna prezidenti Zelenski Fransa prezidenti Makron ilə görüşür və görüşə videokonfrans yolu ilə Almaniya kansleri Angela Merkel də qoşulur. Bir şey dəqiqdir ki, Ukrayna və Rusiya arasında müharibəni ən az istəyən Avropadır. Həm Makron, həm də Merkel Zelenskiyə deyirlər ki, Putinlə dil tap.

Sizə elə gələ bilər ki, sabah müharibə olsa, Fransa və Almaniya Ukraynanı Rusiyanın qarşısında tək qoymayacaqlar. Əslində, mən də sizin kimi optimist olmaq istəyərdim. Ancaq bu, belə olmayacaq. Avropa dövlətləri Rusiya ilə müharibə istəmir. Diqqətlə fikir verin, Ukraynanı sanki bu dünyada ABŞ və Türkiyə daha çox müdafiə edir. Türkiyə çalışır ki, neytral qalsın. ABŞ isə elə bil Ukraynanı yarımçıq şəkildə NATO-ya üzv eləmək istəyir. Və əlbəttə ki, ABŞ-ın məqsədi Gürcüstanı da Şimali Atlantika blokuna daxil etməkdir. Elə bil dünya yenidən bölüşdürülür. Həm qlobal güclər, həm də regional güclər öz təsir areallarını genişləndirirlər.

Bundan əvvəl məqaləmdə də yazdığım kimi, maltipolyar dünyada transformasiya yaşanır. Bu, həm də yeni soyuq müharibə deməkdir. Şübhəsiz ki,maltipolyar dünyada artıq Çin kimi qlobal, Hindistan, Türkiyə, İran, Braziliya və Pakistan kimi regional güclər də var. Maraqlıdır, 44 günlük Qarabağ müharibəsi də maltipolyar sistemə keçid mərhələsində baş verdi.

Yeni dünya sistemi eyni zamanda yeni imkanlar, yeni fürsətlər deməkdir. Azərbaycan üçün ən konseptual seçim Türkiyə, Pakistan və İsrail kimi dövlətlərlə daha sıx əlaqələr qurmaqdır. Necə deyərlər, elə bir siyasi mərhələdəyik ki, daşlar bir-bir yerinə oturur.

***

Dövlətlər indi bir-birlərinə qarşı hibrid müharibələr aparırlar. Buna həm də vəkalət müharibələri ( proxy wars ) deyirlər. Sanksiya siyasəti effektiv olsa da istənilən nəticəni vermir.

ABŞ 1979-cu ildən İrana qarşı sanksiyalar tətbiq edir. Ancaq İrandakı rejim nəinki yıxıldı, əksinə özünün regional təsir radiusunu genişləndirdi, hətta Suriyada möhkəmləndi.

ABŞ sanksiyaları rejimin nüvə silahının istehsalı üçün lazım olan uranı tam əldə etməsinə gətirib çıxardı.

ABŞ Venesuelaya da dəhşətli sanksiyalar tətbiq edib. Lakin, Maduronu dəyişə bilmir.

***

Demək ki, sanksiyalar heç də həmişə eyni effekti vermir. Üstəlik, yeni maltipolyar dünyada Çin var. Antiqlobalist Tramp Çinin öhdəsindən gələ bilmədisə, qlobalist, Wall Street-in Baydeni heç bir şey edə bilməyəcək.

Necə deyərlər, yeni maltipolyar dünyaya xoş gəldiniz.

Yeni maltipolyar dünya sistemi proseslərə daha fərqli yanaşma, daha konseptual münasibət tələb edəcək.

Deyərdim ki, bu, hətta daha yeni üslub, ritorika tələb edəcək.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir