Top.Mail.Ru
CƏMİYYƏT

Erməni əsgərinin yaralanması ilə bağlı Müdafiə nazirliyindən TƏCİLİ AÇIQLAMA

Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

KAİM.az xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”./oxu.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button