Top.Mail.Ru
CƏMİYYƏT

SON DƏQİQƏ! Körpü uçdu, güclü sel iki rayonun əlaqəsini kəsdi! – FOTO

İki gündür yağan leysan yağışlar nəticəsində Lerik rayonunu Yardımlı rayonu ilə birləşdirən yolun üzərindəki yeganə körpünü sel aparıb.

KAİM.az-ın məlumatına görə, bu barədə yerli sakinlər sosial şəbəkədə məlumatlar paylaşaraq müvafiq qurumlardan yardım istəyiblər. Bildirilir ki, Ağçay çayü üzərində vaxtilə dəmir borularla atılmış körpünün uçması nəticəsində leriklilərin bu ustiqamətdən Masallı ilə əlaqəsi də kəsilib.

Saytların yığılması Saytların yığılması

Belə olduğu təqdirdə yerli əhali Lənkərana uzun yolu qət etməklə Masallıya və oradan da paytaxta doğru hərəkət etməyə vadar olacaqlar.

Bənzər yazılar