Top.Mail.Ru
CƏMİYYƏT

BMT-nin Ərzaq Sistemləri Sammiti üzrə ikinci milli dialoq görüşü BAŞ TUTUB

BMT-nin Ərzaq Sistemləri üzrə Sammiti dünya ölkələrinin ərzaq sistemlərini daha güclü və bərabər səviyyəyə gətirərərək ərzaq sistemlərində müsbət dəyişikliklərin əldə edilməsini hədəfləyir.

KAİM.az xəbər verir ki, BMT-nin Ərzaq Sistemləri üzrə Sammiti öncəsində və sonrasında müxtəlif maraqlı tərəfləri bir araya gətirilməsi ilə ölkələrdə Milli Dialoqların keçirilməsi planlaşdırılır. Azərbaycanda keçirilən ikinci milli dialoq görüşündə müxtəlif maraqlı tərəflər bir araya gələrək ölkənin ərzaq sistemləri, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişaf perspektivləri üzrə məsələlər müzakirə edildi. İlk görüşdə ümumi müzakirələr aparılarkən bu dəfəki görüşdə bütün maraqlı tərəflərin iştirakı ilə dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqaməti üzrə dayanıqlı ərzaq sistemlərin, innovativ həllərin tətbiqi müzakirə mövzusu olub.

Saytların yığılması Saytların yığılması

Tədbirin açılış mərasimində çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Nazir müavini İlhamə Qədimova – “Bu gün biz qəbul etməliyik ki, milli ərzaq sistemlərinin sərhədləri çərçivəsində qalmaq artıq mümkün deyildir. Milli sitemlər üzrə mövcud təcrübələrin dünya səviyyəsində paylaşılması və dayanıqlı ərzaq sistemlərinin formalaşdırılması bunun üçün təcrübə mübadiləsinin aparılması və nəticədə dünyada ərzaq sistemlərinin bərabər səviyyəyə gətirilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz bu günkü görüş də bizin bu Qlobal Sammitdə layiqli iştirakımızın təmin olunması üçün zəmin yaradacaq.”

“Gücləndirilmiş ərzaq sistemləri yalnız ərzaq təhlükəsizliyinin deyil həmçinin dayanıqlı ərzaq təchizatı sistemlərinin təmin olunmasının və sağlam qidalanmanın təşviq olunması üçün prioritet rolunu oynayır.” BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Mələk Çakmak öz sözlərində bildirib.

Tədbirdə BMT-nin Rezdent Əlaqələndirici ofisinin Strateji Planlaşdırma mütəxəssisi Tarek Cheniti, BMT-nin Ərzaq Sistemləri üzrə Milli Məsləhətçiləri Rəşad Hüseynov və Pərviz Əliyev çıxış ediblər ediblər. Tədbir zamanı Azərbaycan üçün dayanıqlı ərzaq sistemlərinin gələcək inkişaf prioritetləri təqdim edilib və bu mövzu ətrafında müzakirələr aparılıb. Tədbir daha sonra iştirakçıların və beynəlxaq təmsilçilərin ümumi müzakirəsi formasında davam edib.

Milli dialoqların keçirilməsinin əsas məqsədi ərzaq sistemlərinə fərqli yanaşmaları tətbiq etmək, dialoqlarda müxtəlif sahələrdən tərəflərin iştirakı təmin etmək, günün çağırışlarına uyğun inkişaf perspektivlərini müəyyən edən strategiyalar formalaşdırmaq və çox tərəfli həmçinin dayanıqlı ərzaq sistemləri üzrə bəzi konkret mərhələləri müəyyənləşdirməkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir