Top.Mail.Ru
CƏMİYYƏT

İcra başçısı birinci müavini və baş memarı İŞDƏN ÇIXARDI – ƏMR

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.

KAİM.az xəbər verir ki, bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.

Saytların yığılması Saytların yığılması

Hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.

Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman – 2009-cu ildə eks birinci müavini vəzifədən azad etmişdi.

Ceyhun Həsənov ikinci dəfə 2019-cu ilin iyununda birinci müavin vəzifəsinə təyin olunmuşdu. / qafqazinfo

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir