Top.Mail.Ru
CƏMİYYƏT

SON DƏQİQƏ! Bakıda güclü YANĞIN: Xeyli sayda yaralı var

Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

KAİM.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb.

Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib. //Oxu24.com

Bənzər yazılar