Top.Mail.Ru
DİNİ XRONİKA

Çavuşoğlu: “Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var”

Avropada müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var.

KAİM.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

“Hər cür irqçiliyə və ayrı-seçkiliyə qarşı birlikdə mübarizə aparmalıyıq. Biz müsəlman icmasının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini gözləyirik”, – türkiyəli nazir qeyd edib.

Son zamanlar Almaniyada PKK-nın fəaliyyətində artım olduğunu qeyd edən Çavuşoğlu alman həmkarına bunun müttəfiqlik ruhu ilə bir araya sığmadığını vurğulayıb.

“Türkiyə terror təşkilatları ilə mübarizədə konkret addımlar və aktiv əməkdaşlıq gözləyir”, – Çavuşoğlu əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir