Top.Mail.Ru
GÜNDƏM

İran hökuməti yeddi yaşlı uşağın türk adına görə şəxsiyyət vəsiqəsi vermir

Hazırda Tehran şəhərində yaşayan Güney azərbaycanlı Anar Nemətpurun ailəsi artıq yeddi ildən çoxdur ki, övladına qoyduqları türk adına görə Tehranın Qeydiyyat İdarəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Güney azərbaycanlı milli-mədəni fəal İbrahim Rəşidi “Instagram”da paylaşım edərək, Anarın və onun ailəsinin bu illər ərzində çəkdiyi əziyyətlərlə bağlı yazıb:

Saytların yığılması Saytların yığılması

“Onlar Tehranda yaşayırlar və Anar 2015-ci il yanvarın 13-də Tehranda dünyaya gəlib. Onun 7 il 4 ay keçməsinə baxmayaraq, hələ də şəxsiyyət vəsiqəsi yoxdur və Anarın yalnız bu ilin yayına qədər şəxsiyyət sənədi alaraq məktəbə getmək imkanı var”.

Xatırladaq ki, İran hökumətinin bundan öncə də dəfələrlə Güney azərbaycanlıların övladlarına türk adları qoyması səbəbilə onlara şəxsiyyət vəsiqəsi verməməsinə dair xəbərlər yayılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir