Top.Mail.Ru
bannerGÜNDƏM

“Azərbaycan iki saata Qarabağdakı silahli erməni birləşmələrini ləğv edə bilər, amma…”

“Rusiya Türkiyə Birgə Monitorinq Mərkəzi atəşkəsə nəzarət edəcək. Halbuki silahlı erməni birləşmələri 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə əsasən, Rusiya sülhməramlı qüvvələrinin təsir zonasında qalmamali idi və çıxarılaraq sülhməramlılar onların yerində yerləşməli idi. Əgər, erməni silahlı birləşmələri çıxarılsaydı, bele bir atəşkəsə nəzarət birgə Monitorinq Mərkəzinə ehtiyac olmayacaqdı”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Saytların yığılması Saytların yığılması

Politoloqun fikrincə Türkiyə sülhməramli qüvvələri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın dəhlizi və Xankəndində fəaliyyət göstərsəydi erməni silahli birləşmələri bu ərazidə qalmayacaqdı:

“Türkiyə ilk gündən Rusiya ilə birgə sülhməramli qüvvələr kimi fəaliyyət göstərmək üçün təklif verirdi. Əgər, Türkiyə sülhməramli qüvvələri Rusiya sülhməramlı qüvvələri ilə birgə Laçın dəhlizi və Xankəndində fəaliyyət göstərsəydi erməni silahli birləşmələri bu ərazidə qalmayacaqdı.

Birgə Monitorinq Mərkəzində Rusiya və Türkiyə əməkdaşlığı nəticəsində erməni silhahlı birləşmələrinin ləğv edilməsinə nail olmaq üçün Bakı və Ankara Rusiya qarşısında bunu tələb etməlidir. Türkiyə çalışacaq ki, silhahlı erməni birləşmələri bu ərazilərdə ləğv edilsin”.

“Nə qədər ki, silahlı ermənilər var, situasiya gərgin olacaq. Təbii ki, Azərbaycan iki saata silahli erməni birləşmələrini ləğv edə bilər. Amma, Rusiya burada maraqlı deyil”, – deyə politoloq xüsusi vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir