Top.Mail.Ru
GÜNDƏM

Erməni hərbi canilərin həbsi və ya məhvi üçün yeni fürsət – Rusiya bu işdə Azərbaycana kömək edə bilərmi?

44 günlük müharibədəki hərbi qələbəmiz Azərbaycana Xocalı soyqırımı məsələsini beynəlxalq məhkəməyə daha fəal şəkildə daşımaq fürsəti də yaradıb. Serj Sərkisyanı, Robert Köçəryanı, Seyran Ohanyanı, Arkadi Qukasyanı, Bako Saakyanı, Araik Arutunyanı və digər hərbi caniləri müttəhimlər kürsüsündə oturtmaq üçün əvvəlkitək hüquqi və başqa əngəllər görünmür. Azərbaycan Baş Prokurorluğu onlar barədə cinayət işi də qaldırıb.

Bəs bu hərbi canilərin yaxalanması üçün Rusiya və onun sülhməramlı qüvvələri bizə kömək edə bilərmi? Bakı Moskva qarşısında məsələ qaldıracaqmı, yaxud qaldırmalıdırmı?

Saytların yığılması Saytların yığılması

Əvvəllər belə ehtimal səslənib ki, Xankəndidəki keçmiş 366-cı Rusiya alayına görə rəsmi Moskva Xocalı genosidinin açılmasında bir elə maraqlı olmayacaq. Üstəgəl, Köçəryan Putinin dostu sayılır.

Beynəlxalq hüquq üzrə ekspert Əhməd Şahidov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan suveren hüququndan və beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək öz ərazisində qeyri-qanuni fəaliyyət göstərən istənilən silahlı birləşmələri, habelə Azərbaycan qanunvericiliyini kobud şəkildə pozan, Azərbaycana qarşı cinayət törətmiş istənilən şəxsi cinayət məsuliyyətinə cəlb eləyə bilər: “Beynəlxalq hüquq da buna imkan verir. Robert Köçərayn, Serj Sərkisyan, Seyran Ohanyan, Arkadi Qukasyan, Bako Saakyan, Vitali Balasanyan və digərləri birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı şəxsən savaşan, Azərbaycanın günahsız vətəndaşlarını qətlə yetirən, azərbaycanlıların qətlini təşkil edənlərdir. Onlardan bəziləri, məsələn, Robert Köçəryan və Serj Sərkisyan bu əməlləri həyata keçirdiklərini zaman-zaman müsahibələrində çəkinmədən etiraf da ediblər. Xocalıda dinc azərbaycanlıların kütləvi qətliamınını bilərəkdən qəsdən həyata keçirdiklərini bəyan ediblər.

Bütün bu cinayətlərə görə onların barəsində cinayət işi də açılıb. Amma onların beynəlxalq axtarışa verilməsi və tutulub Azərbaycana təhvil verilməsi məsələsi bir qədər dalana dirənib. Çünki burada müəyyən siyasi amillər var və siyasi maraqlar var. Bu amillər və maraqlar işə mane olur. Həmin şəxslər elə birinci Qarabağ savaşında Rusiyanın dəstəkləmiş olduğu şəxslərdir. Rəsmi Moskvanın bu gün də həmin adamların bəziləri ilə əlaqələri var. Moskvanın marağı var ki, o qüvvələr mövcudluqlarını qorusunlar və hətta yenidən hakimiyyətə gəlsinlər, söz sahibi olsunlar. Ona görə də Azərbaycanın həmin caniləri cinayət məsuliyyətinə cəlb edib qanunun tələb etdiyi cəzanı onlara kəsməsi üçün əngəllər var. Bu əngəllərdən biri təbii ki, Rusiyanın siyasi maraqlarıdır”.

Ekspertin sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi nəzəri cəhətdən Azərbaycana imkan verir ki, sülhməramlıların həmin şəxsləri saxlaması və bizə təhvil verməsi məsələsini qaldırsın: “Nəzəri cəhətdən və qanunun tələbinə görə sülhməramlılar da bunu təmin edə bilər. Amma siyasi cəhətdən heç də bu, mümkün görünmür. Çünki elə rus sülhməramlılarının özlərinin son vaxtlar fəaliyyəti Azərbaycanda narazılıq yaradır. Bunu rəsmi Bakı artıq dilə gətirməkdədir. Açıq bildirilir ki, Rusiya sülhməramlıları səlahiyyətlərini aşırlar. Azərbaycan terrorçuluğa görə haqqında cinayət işi açıb beynəlxalq axtarışa verdiyi Araik Arutunyanla isti münasibətlər qururlar. Belə olan halda sülhməramlıların Azərbaycanın istəyini yerinə yetirib həmin hərbi caniləri tutub bizə təhvil vermələri real görünmür”.

Ə.Şahidov vurğuladı ki, Azərbaycan güc strukturları özü ilk növbədə Qarabağda yerləşən Araik Arutunyanı, Vitali Balasanyanı Qarabağda izləyib yaxalaya və ya zərbə ilə zərərsizləşdirə bilər: “Buna Azərbaycanın tam hüququ çatır. Beynəlxalq hüquq da Azərbaycana öz ərazisində terrorçunu yaxalamaq və ya məhv etmək hüququ verir. Biz onları havadan zərbə ilə məhv edə bilərik. Buna görə heç kim bizə nə isə deyə bilməz. Sadəcə, qətiyyət ortaya qoyub bunu edə bilərik. Bunun üçün zamanı doğru seçib addım atmaq olar. Amma nəinki Robert Köçərayn və Serj Sərkisyan kimi ”iri fiqurların” – canilərin, hətta Araikin ruslar tərəfindən tutulub Azərbaycana verilməsini gözləmək və ya istəmək sadəlövhlük olar”.
“Yeni Müsavat”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir