Top.Mail.Ru
GÜNDƏM

Ermənistanda turistlərə qarşı cinayətlər artır – Paşinyan DİLƏ GƏLDİ

Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı kəskin artıb.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, iqtisadiyyat artır və ölkəyə xaricdən çoxlu sayda turist axını yaranır, bu isə ciddi problemə çevrilir.

“Biz turistlərlə bağlı cinayətlərə də çox həssas yanaşmalıyıq, ona görə ki, bu, Ermənistanın imicinə ciddi zərbədir”, – Paşinyan deyib.

Qeyd edək ki, Ermənistanda xarici turistlərə qarşı zorakılıq, ölüm halları, soyğunçuluq və aldadılaraq başqa işlərə, narkotik alverinə, qadın turistlərin fahişəliyə cəlb olunması, turistlərin oğurlanaraq sonradan ailəsinə satılması faktları kəskin artıb.

Keçən il Ermənistanda 100-dən çox belə cinayət faktı törədilib. //Publika.az

Bənzər yazılar