Top.Mail.Ru
GÜNDƏM

Göyçay rayon Mərkəzi Xəstəxanasının həyətində NƏ BAŞ VERİR? – Baş həkimdən “İNCİLƏR” / FOTO

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun qanunsuz fəaliyyəti və korrupsiya əməllərinə görə xəstələr və sakinlər çox əziyyət çəkirlər.

Saytların yığılması Saytların yığılması

Bu barədə KAİM.az-a Göyçay rayon sakinləri Əliyev Mətləb Famil oğlu, Qədirov Zamiq Nazim oğlu, Salmanova Səmayə Yusif qızı Nuriyeva Nisə Məhəmməd qızı tərəfindən göndərilən şikayət ərizəsi vasitəsilə məlumat verilib.

Belə ki, xəstəxanada korrupsiyanın baş alıb getməsi bir yana xəstələrin dincliyi pozulub.

“Baş həkim Elçin Bilalov xəstəxananın həyətində açdığı kafe-qumarxanada hər gün spirtli içkilər satılır, domino, nərdtaxta və kart qumarları oynayırlar. Gecə saat 2-ə, 3-ə kimi işləyən həmin kafedə sərxoş olan və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər. Buda onların müalicəsinə çox pis təsir göstərir.” – deyə ərizədə qeyd olunub.

Sakinlərin sözlərinə görə, “Hətta, sərxoş olanlar, qumarda sözü tərs gələnlər ucadan nalayiq söyüşlər söyürlər ki, bu problemin məsuliyyəti birbaşa baş həkim Elçin Bilalovun üzərinə düşür. Baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub. Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb. Şahidlər xəstələri, müayinə və müalicəyə gələn insanları saya salmayan baş həkimin psixoloji probleminin olmasını deyirlər. Hətta onun daima psixotrop dərmanlar qəbul etdiyi iddia edilir.”

Məlumatda qeyd olunur ki, “Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın. Onun barəsində tədbir görülməsə, bunuda edəcək. Məsul orqanlar Elçin Bilalovu tutduğu vəzifədən azad etməlidir.”

P.S Məqalə şikayət ərizəsi əsasında hazırlanmış, göndərilən məlumatlar heç bir müdaxilə edilmədən dərc edilmişdir. KAİM.az olaraq qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir