Top.Mail.Ru
GÜNDƏM

Hərbi əməliyyatlara başlayan ermənistanın danışıqlar prosesini pozmaq cəhdi – MÜNASİBƏT

Təcavüzkar Ermənistanın 27 sentyabr tarixindən Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başladığı vaxtdan bəri cənab Prezident dünyanın çoxlu sayda məşhur televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təxribat, mülki əhaliyə qarşı həyata keçirdiyi hərbi cinayyətlər, Azərbaycanın həmişə bu münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olması, atəşkəs rejiminin pozulması və digər mühüm məsələlər barədə dünya ictimayyətinə Azərbaycanın mövqeyi barədə məlumat vermişdir. 25 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni ABŞ-ın məşhur “Fox News” televiziya kanalına vermişdir.

Müsahibə vaxtı müxbirin hərbi əməliyyatların başlanması ilə bağlı sualını cavablandırarkən cənab Prezident demişdir: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticə də işğal altında olan ərazilərin mühüm hissəsi azad edilib.

Saytların yığılması Saytların yığılması

Müxbirin hümanitar atəşkəsin pozulması ilə əlaqədar sualını cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Azrbaycan Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri humanitar atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu.  Cənab Prezidentin ABŞ-ın məşhur “Fox News” televiziya kanalına verdiyi bu müsahibəsindən sonra həm qərb mediası həm də onun təmsilçisi anladı ki, Azərbaycan Prezidenti ona qarşı yönəlmiş ən mürəkkəb suallara belə verdiyi mükəmməl cavablarda dərin məntiqi və məlumatlılığı, yüksək intelektul səviyyəsi ilə qarşısındakı istənilən jurnalisti tərk-silah etməyə qadirdir. Cənab Prezident öz xalqının maraqlarını və mənafeyini qürurla, ləyaqətlə qoruyur.  İnanırıq ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə Qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad edilmiş digər yaşayış məntəqələrində qaldırılacaq”.

Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur;

Erməni tərəfi həmin qətnamələri yerinə yetirmir, onlara məhəl qoymur və hər vasitə ilə münaqişəni mümkün qədər çox, mümkün qədər uzun müddətə dondurmağa çalışır. Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır. Buna görə ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan tərəfindən yerinə yetirilən kimi, Ermənistan öz qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına razılıq verən kimi hər iki tərəf qısa müddətdə razılığa gələ bilər. Bu razılıq Qafqazda sülhü bərqərar edər”.


Ruslan Məmmədov,

Xəzər rayonu Şağan Bələdiyyəsi şöbə müdiri

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir