Top.Mail.Ru
GÜNDƏM

İrandan Azərbaycan AÇIQLAMASI: Yeni koalisiya qurulur

Rusiya İran, Şimali Koreya və Çinlə ikitərəfli münasibətləri inkişaf etdirərək Qərbə qarşı koalisiya qurur.

KAİM.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Saytların yığılması Saytların yığılması

Dünən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Koreya yarımadasındakı vəziyyəti müzakirə etmək üçün Moskvada Çinin xüsusi nümayəndəsi Liu Şiaminlə görüşüb. Tərəflər ABŞ və müttəfiqlərini Şimal-Şərqi Asiyada hərbi vəziyyəti təhdid etməkdə günahlandırıb və Amerikanı “soyuq müharibə tipli bloklaşma düşüncəsi”nin yayılmasına qarşı xəbərdar ediblər.

Rusiya Şimali Koreya ilə də münasibətləri gücləndirmək istəyir. Moskvanın texnoloji əməkdaşlıq və digər naməlum dəstək müqabilində Pxenyandan ballistik raketlər və artilleriya mərmiləri aldığı bildirilir. Bu, Cənubi Koreyada narahatlıq yaradıb.

Martın 19-da İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ikitərəfli əməkdaşlığı müzakirə edib. Rəisi Ermənistan və Azərbaycanda baş verən hadisələri nəzərə alaraq “Cənubi Qafqazda sabitlik yaratmaq üçün Rusiyaya kömək” etməyə hazır olduğunu deyib.

ISW hesab edir ki, Rusiyanın Pekinlə siyasi-diplomatik əlaqələri gücləndirmək, habelə İran və Şimali Koreya ilə ikitərəfli münasibətlərdən hərbi maraqlar üçün istifadə etmək istəyi bloklaşma düşüncəsidir.

ABŞ institutuna görə, Kreml Ukraynaya qarşı müharibədən ikitərəfli münasibətləri qorumaq və uzun müddətdir Rusiyanın xarici siyasətinin mərkəzi aspekti olan “Qərbə qarşı balans” üçün koalisiya yaratmaq üçün istifadə edir. //Teleqraf.com

Bənzər yazılar