Top.Mail.Ru
bannerGÜNDƏM

Polşa və Ukranyadan Rusiyaya Krım çağırışı

Polşa Prezidenti Andjey Duda və Ukrayna Prezidenti Vladimir Zelenskiy, Rusiyanı Krımın qanunsuz ilhaqına son verməyə çağırıblar.

 

Saytların yığılması Saytların yığılması

KAİM.az xəbər verir ki, Polşa Prezidenti Andjey Duda və Ukrayna Prezidenti Vladimir Zelenskiy Kiyevdəki prezident sarayında görüşüblər.

Ukranya Prezidenti Aparatından verilən açıqlamaya görə, tərəflər Rusiyanı Krımın qanunsuz ilhaqını dayandırmağa çağırıblar. Duda, Polşanın Ukrayna sərhədlərini dəstəklədiyini ifadə edərək Donbas bölgəsi və Krımın Ukranyaya dönməli olduğunu vurğulayıb. Polşa prezidenti Duda Rusiyaya qarşı sanksiyaların yarımadanın ilhaqı bitənə qədər davam etməsinin lazım olduğunu deyib. Zelenskiy Polşaya Ukranyanın NATO yolundakı dəstəyinə görə minnətdar olduğunu bildirib. Görüşdə tərəflər Ukrayna və Polşadakı azlıqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.

 

Şəbnəm Zahir

 

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir