Top.Mail.Ru
KRİM - XRONİKA

Daşkəsən sakinlərindən narkotik aşkar edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Kaim.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayonun Quşçu  kənd sakini, əvvəllər məhkum olunmuş, Anar  Orucov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərərinə baxış keçirilən zaman təmiz çəkisi 26.337 qram narkotik vasitə olan qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində A. Orucova  məxsus, fərdi yaşayış evinə baxış keçirilib və  həyətyanı sahədən, 1 ədəd sellofan  torabada, təmiz çəkisi 1 kq 010  qram  narkotik vasitə olan “marixuana” aşkar edilib. Bundan başqa davam etdirilən digər bir əməliyyat-axtarış tədbiri nəticəsində Quşçu kəndinin digər bir sakini Elçin Əmrahovdan da 20.540 qram narkotik vasitə aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər  maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir