Top.Mail.Ru
KRİM - XRONİKA

Gəncədə heroin və “patı” satan 5 nəfər TUTULDU – FOTO

Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan KAİM.az-a verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Cəfərov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan heroin aşkar edilərək götürlüb.

Saytların yığılması Saytların yığılması

Bundan başqa şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Rəfail Abdullayev, Araz Məmədov və Cəfər Mirzəyev saxlanılmış, həmin şəxslərin üzərindən narkotik maddə olan heroin və metamfetamin (patı) aşkar edilərək götürülüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Şahlar Əsədov saxlanılıb. Polis İdarəsində saxlanılan şəxsin üzərindən narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Gəncə şəhər Baş Polsi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir