Top.Mail.Ru
KRİM - XRONİKA

Moskva metrosunda polislərin şalvarını çıxardığı Putin tərəfdarı öldü-FOTO+VİDEO

Moskvadakı Şukinskaya  metro-stansiyasında polisin həbsi zamanı bir metro sərnişini həlak olub.
 
Moderator.az xəbər verir ki, “TASS” Rusiya Daxili İşlər Nazirliyinin şəhər idarəsinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, kişi özünü qeyri-adekvat apararaq bankomatı sındırmağa çalışıb. “O, polisə və metro işçilərinə müqavimət göstərib və həbs zamanı huşunu itirib”- deyə DİN idarəsindən bildirilib.
“ÇP / Moskva” telegram-kanalı olay yerindən bir video yayımlayıb. Görüntülərdə nədənsə məhbusun şalvarını çıxaran 6 polisin iştirak etdiyi görünür. Bu vəziyyətdə şübhəli onların əlindən çıxır, ancaq aqressiya göstərmir. Polislər onu yerə yıxanda isə o, “təslim oluram!”-deyir.
Şahidlərin sözlərinə görə, kişi maskasız olduğu üçün saxlanılıb. Ona qarşı güc tətbiq edildikdən sonra isə  qışqırıb:”Mən Putini seçdim – azadlığı seçdim!”

 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir