Top.Mail.Ru
İDMAN

Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək

Cüdo üzrə Azərbaycan milli komandası gənclər arasında Avropa Kubokunda iştirak edəcək.

KAİM.az xəbər verir ki, yığmamız yarışa 9 cüdoçu ilə qatılacaq.

Saytların yığılması Saytların yığılması

Turnir aprelin 13-də Polşanın Poznan şəhərində baş tutacaq. Millimiz Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi atında yollanacaq. Poznan tatamisində Fəridə Mirzəyeva, Könül Əliyeva (48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Bənzər yazılar