İDMAN
“Barselona” 3 qolla 3 xal qazanıb, 3-cü pilləyə yüksəlib
İspaniya La Liqasında 1 oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, II turun təxirə salınan matçında “Atletik”lə “Barselona” üz-üzə gəlib.
Meydan sahibləri erkən qola sevinsə də, üstünlüyünü qoruya bilməyiblər. 3 qol vuran Barselonanın eyniadlı təmsilçisi əzmkar qələbə ilə üç xal qazanıb və 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, La Liqada XVIII turun oyunları yanvarın 8-11-də keçiriləcək.
İspaniya La Liqası
II turdan təxirə salınan oyun
6 yanvar
“Atletik” – “Barselona” – 2:3
Uilyams, 3, Muniayn, 90 – Pedri, 14, Messi, 38, 62
1 | Atletiko | 15 | 12 | 2 | 1 | 29-6 | 38 |
2 | Real | 17 | 11 | 3 | 3 | 30-15 | 36 |
3 | Barselona | 18 | 9 | 4 | 5 | 33-18 | 31 |
4 | Real Sosyedad | 18 | 8 | 6 | 4 | 27-13 | 30 |
5 | Vilyarreal | 17 | 7 | 8 | 2 | 22-17 | 29 |
6 | Sevilya | 15 | 8 | 3 | 4 | 18-11 | 27 |
7 | Atletik | 19 | 7 | 3 | 9 | 22-22 | 24 |
8 | Qranada | 16 | 7 | 3 | 6 | 19-25 | 24 |
9 | Selta | 17 | 6 | 5 | 6 | 22-24 | 23 |
10 | Kadiz | 17 | 5 | 5 | 7 | 12-21 | 20 |
11 | Betis | 17 | 6 | 2 | 9 | 20-31 | 20 |
12 | Eybar | 17 | 4 | 7 | 6 | 14-16 | 19 |
13 | Levante | 16 | 4 | 6 | 6 | 21-23 | 18 |
14 | Alaves | 17 | 4 | 6 | 7 | 15-20 | 18 |
15 | Valyadolid | 17 | 4 | 6 | 7 | 16-24 | 18 |
16 | Xetafe | 16 | 4 | 5 | 7 | 12-17 | 17 |
17 | Valensiya | 17 | 3 | 7 | 7 | 23-25 | 16 |
18 | Elçe | 15 | 3 | 7 | 5 | 13-18 | 16 |
19 | Osasuna | 16 | 3 | 5 | 8 | 15-25 | 14 |
20 | Hueska | 17 | 1 | 9 | 7 | 14-26 | 12 |