Top.Mail.Ru
İDMAN

Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi və ABŞ səfiri ilə GÖRÜŞÜB

Gənclər və idman naziri Fərid Qayıbov UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Heykens və təşkilatın Yeniyetmə və gənclərin inkişafı departamentinin mütəxəssisi Natiq Umarovla görüşüb.

Nazirliyin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı əsasən, uşaq və yeniyetmələrin hüquqlarının qorunması sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib.

Saytların yığılması Saytların yığılması

Qonaq bildirib ki, UNICEF, Azərbaycan da daxil olmaqla, dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir.

Nazir həmçinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və Səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkhamla görüşüb.

Nazirlikdə keçirilən görüşdə Fərid Qayıbov qonağa ölkədəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib. Hər iki sahədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, ölkələr arasında əlaqələrin əhəmiyyəti vurğulanıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir