Top.Mail.Ru
İDMAN

“Qarabağ” “Braqa”nı darmadağın edib

Portuqaliyada “Braqa” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Azərbaycan təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürüb. Hesabı oyunun 21-ci dəqiqəsində “Qarabağ” açıb. Marko Yankoviç penalti zərbəsində dəqiq olub.

Saytların yığılması Saytların yığılması

Matçın 44-cü dəqiqəsində “Braqa” Simon Banzanın qolu ilə tarazlığı bərpa edib (1:1).  54-cü dəqiqədə Abdullah Zubir rəqibin qapısından ikinci topu keçirib (2:1).

Ağdam təmsilçisinin heyətində Olavio Juninyo 65-ci dəqiqədə hesab arasındakı fərqi daha da artırıb (3:1).

Abdullah Zubir 69-cu dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb (4:1). Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə rəqib penaltidən hesab arasındakı fərqi azaldıb (2:4)

Görüşü Danimarkadan olan hakim Morten Kroq idarə edirdi.

Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər yazılar