Top.Mail.Ru
İDMAN

“Qarabağ”-“Bayer”: 4 top vuruldu, qalib olmadı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.
KAİM.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.
Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.
Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

Avropa Liqası

1/8 finalın ilk oyunu

Saytların yığılması Saytların yığılması

21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benua Bastien (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.

***

Komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 27.Toral Bayramov,  29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade. 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov,  N.Axundzadə,

“Bayer”: 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlozek

Ehtiyat oyunçular: Hradeski, Lomb, Stanişiç, Hofmann, Vits, Şik, Hincapye, Hlozek, Palasios, Frimpoq, Puerta, Caka

***

Matç başladı

***

26-cı dəqiqədə Yassin Benzia hesabı açdı – 1:0.

***

Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.

***

“Bayer” Virtzin qolu ilə 70-ci dəqiqədə fərqi azaltdı: 2-1.

***

Almanlar 90+2-ci dəqiqədə hesabı bərabərləşdiri – 2:2. Bu dəfə Şik fərqlənir.

Bənzər yazılar