Top.Mail.Ru
KAİNAT TV

Prezident İlham Əliyevdən qəti mövqe: Yolumuz XANKƏNDİNƏ doğrudur!

“Prezident İlham Əliyev dünənki çıxışında Azərbaycanın sona qədər gedəcəyini və torpaqların tam şəkildə azad olunacağını bildirdi. Bu, ölkəmizin və dövlətimizin qətiyyətli mövqeyidir”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, Azərbaycan torpaqları azad olunduqdan sonra sülhə razı olmağın mümkünlüyü bildirib:

Saytların yığılması Saytların yığılması

“Prezidentin bu mövqeyi həm düşmənə, həm də onun havadarlarına ciddi bir mesajdır. Azərbaycan dövləti, xalqı heç bir halda torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq. Çünki Azərbaycan tərəfi Ermənistanın hücumlarının, təxribatlarının qarşısını almaq üçün əks-hücum həyata keçirir. Bu savaşı biz başlatmamışıq. Xalqımız və dövlətimiz hər zaman sülh tərəfdarı olub, bunun üçün illərdir çalışırıq. Düşmən son təxribatları ilə göstərdi ki, onlar münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. Hər bir halda biz yenə də sülhə razı ola bilərik. Lakin başlıca şərtimiz torpaqlarımızın tam şəkildə işğalçı rejim tərəfindən boşaldılmasıdır. Yalnız bu halda Azərbaycan atəşkəsə, sülhə razı ola bilər. Qoy hər kəs bilsin ki, tələblərimiz yerinə yetirilməyənə qədər bu yoldan geri dönməyəcəyik. Yolumuz isə Xankəndinədir”.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir